Azərbaycan İdeyası

ABŞ-a mühacirət edən prokuror - ''İşdən çıxarılandan sonra...''

Tarix:16-09-2016, 09:54
Baxış Sayı:376

ABŞ-a mühacirət edən prokuror - ''İşdən çıxarılandan sonra...''
“Mən Rüfət Səfərovla dost olmuşam. O işdən çıxandan sonra da münasibətlərimiz qalıb. Onun həbsinə təəssüfümü bildirirəm. Allah qapısını açsın. Məni işdən azad edərkən, intizam məsələsi əsas gətirilib”. Bu sözləri Gununsesi.info-ya açıqlamasında “üsyankar müstəntiq” Rüfət Səfərovla münasibətlərinə görə Qubadlı Rayon Prokurorunun köməkçisi vəzifəsindən azad olunan Adil Məmmədov söyləyib.

Xatırladaq ki, iki gün öncə Gununsesi.info Adil Məmmədovun Rüfət Səfərovla dostluq əlaqələrinə görə, prokurorluqdan xaric edildiyi və Amerika Birləşmiş Ştatlarına mühacirət etməsi barədə xəbər yayıb. Həmin xəbərdə bildirilir ki, Rüfət Səfərovla yaxın münasibətləri olan Qubadlı rayon prokurorunun köməkçisi Adil Məmmədov sabiq müstəntiqin istefasından sonra davamlı olaraq, onunla telefon əlaqəsi yaradıb və bir neçə dəfə görüşləri olub.

Bu yaxınlığının güdazına gedən Adil Məmmədov “15 dəqiqə işə gecikməsi” səbəbiylə prokurorluq orqanlarından xaric edilib. Bu yaxınlarda isə müxtəlif yollarla Amerikaya yollanan sabiq prokuror Rüfət Səfərovla yaxınlığını sübut edən yazışmaları, birgə fotolarından istifadə edərək, Kaliforniyada oturum ala bilib. Saytımıza açıqlamasında Adil Məmmədov ABŞ-a köçdüyünü təsdiqləsə də əlavə bir söz deməyəcəyini bildirib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı