Azərbaycan İdeyası

Azərbaycanda prokuror istefa verib müxalifətə keçdi - MƏKTUB

Tarix:21-12-2015, 13:00
Baxış Sayı:370

Azərbaycanda prokuror istefa verib müxalifətə keçdi - MƏKTUB




YAP-çı deputat, Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlunun prokurorluq orqanlarında işləyən oğlu Rüfət Səfərov sensasiyalı bəyanat yayıb. Zərdab rayon Prokurorluğunun müstəntiqi olan R.Səfərov bu gün ölkədəki “kütləvi ədalətsizliyə və atasına qarşı haqsız hücumlara etiraz əlaməti olaraq” vəzifəsindən istefa verdiyini bildirib.
"Korrupsiya və Qanun" saytı AZXEBER.COM - a istinadən xəbər verir ki, keçmiş deputatın oğlu Baş Prokuror Zakir Qaralova ünvanladığı sərt məzmunlu istefa ərizəsinin sürətini “Azpolitika”ya göndərib.
R.Səfərov ərizədə yazır ki, “ölkədə tuğyan edən şərəfsizlik və ləyaqətsizliyə etiraz əlaməti olaraq”, tutduğu vəzifədən istefa verir. “Addımıma görə xəstə ata və anamla işi olan kəs… nakəsdir!!! Nə işiniz olsa, idrakım hazırdır!!!”, deyə, ərizədə həmçinin xəbərdarlıq edilir.
R.Səfərov Feysbukda paylaşdığı postlarında isə müxalifətə keçdiyini də elan edir.
Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlu oğlu Rüfət Səfərovun prokurorluq orqanlarından istefa verib, müxalifətə keçməsi barədə bugünkü bəyanatına münasibət bildirib. E.Sabiroğlu “AzPolitika.info”ya açıqlamasında oğlunun bu addımından xəbərsiz olduğunu deyib.
“Əlbəttə, mənim üçün məyusedici, ağır vəziyyətdir. Oğlum dözümsüzlük göstərdi. Bunu tam səmimiyyətlə deyirəm: O bu addımı məndən xəbərsiz atıb. Mənə deyirdi ki, yüksək balla prokurorluq orqanlarına işə qəbul olunmasına baxmayaraq, 5 ildir ki, Zərdab rayonundadır. Aşağı bal toplayanların isə il yarım, iki ildən sonra yerləri dəyişdirilib. Burada həqiqət var. Mən özüm də dəfələrlə prokurorluq orqanlarına müraciət etdim, bu gün-sabaha saldılar. Əslində mən Baş Prokurorluqda da bir günah görmürəm. Ramiz Mehdiyev faktoru onları çəkindirirdi. Mən bunu aydın hiss edirdim. Buna görə oğluma qarşı ayrıseçkilik edirdilər”.
E.Sabiroğlu deyib ki, oğlunun belə sərt qərarına son vaxtlar onun özünə qarşı hücumlar təşkil olunmasının da təsiri olub. “İkinci səbəb isə mənimlə bağlıdır. Oğlum özünü təhqir olunmuş hesab edirdi. Məlum yazılarla bağlı məni, ailəmi təhqir etdilər, aşağıladılar. Hətta ermənilərə işləməkdə suçladılar. Bu da gənc adamdır, dözə bilmədi. Lakin gərək belə yol tutmayaydı. Mənim üzərimə yeriyənlərin əlinə əlavə faktlar verməməli idi”.
Tanınmış YAP-çı bildirib ki, oğlunun qərarı onun siyasi mövqeyinə təsir etməyəcək. “Bütün bunlara baxmayaraq, mən yenə də öz mövqeyimdən – Heydər Əliyev və İlham Əliyev siyasətini dəstəkləməkdən geri çəkilmirəm. Oğlumun qərarına görə mənə qarşı yenə də hücumlar və mətbuatda təhqirlər olacaq. Eybi yoxdur…
Mən buradan cənab Prezident İlham Əliyevə müraciət etmək istəyirəm: Cənab Prezident! İndi nə yazsam və nə desəm də, məni qeyri-səmimilikdə ittiham edəcəklər. Ola bilsin ki, Siz də belə düşünəcəksiniz. Çünki oğlumun atdığı düzgün olmayan addım belə düşünməyə əsas verir. Sizi əmin edirəm ki, oğlum məndən xəbərsiz bu addımı atıb. Çox təəssüflənirəm. Ancaq bir sözüm və bir xahişim də var: Düşünən beyinlərin Sizin siyasətinizdən uzaqlaşdırılmasının qarşısını alın”.

OXŞAR XƏBƏRLƏR
Qurtuluş Günündə Şəhidlik zirvəsinə ucaldı
Qurtuluş Günündə Şəhidlik zirvəsinə ucaldı
Allah rəhmət eləsin!
Allah rəhmət eləsin!
Vasif Talıbovun qohumu insanları aldadıb evlərini əllərindən alıb
Vasif Talıbovun qohumu insanları aldadıb evlərini əllərindən alıb
SOCAR-da işləyən qaynatasına güvənib dələduzluq etdi.
SOCAR-da işləyən qaynatasına güvənib dələduzluq etdi.
...Ola bilər ki, özü də nəfsi itinin biridir!
...Ola bilər ki, özü də nəfsi itinin biridir!
Dünyanın fırlanma sürəti artdı - Bu tarixlərdə gün qısalacaq
Dünyanın fırlanma sürəti artdı - Bu tarixlərdə gün qısalacaq
Ruhun azadlığı və Məhəmməd Hadinin metafizikası - Adəm İsmayıl BAKUVİ
Ruhun azadlığı və Məhəmməd Hadinin metafizikası - Adəm İsmayıl BAKUVİ
Peşə Bayramınız Mübarək-Azərbaycan polisi! +FOTO!
Peşə Bayramınız Mübarək-Azərbaycan polisi! +FOTO!