Azərbaycan İdeyası

Jurnalist icra başçısını ifşa etdi: ''Görün, bu oliqarx-məmur nə qədər harınlayıb ki...''

Tarix:12-10-2016, 14:09
Baxış Sayı:279

Jurnalist icra başçısını ifşa etdi: ''Görün, bu oliqarx-məmur nə qədər harınlayıb ki...''
Xalid Niyazov: “Xətai RİH başıçısı mağara şüuru, əşirət qaydaları ilə işləyir...”

Bakının Xətai rayonunda baş verənlər haqda “Yeni Müsavat”da zaman-zaman yazılar dərc olunub. Rayonun icra başçısı Razim Məmmədovun yaşıllıqlara qənim kəsilməsi, sakinlərin problemlərinə biganəliyi, yolların, səkilərin satılmasına susqunluq nümayiş etdirməsi bu yazıların əsas məğzi olub. Xətai rayonu ərazisində baş verən qanunsuzluqlar İTV teleaparıcısı, əməkdar jurnalist Xalid Niyazovun da diqqətini çəkib.

X.Niyazov özünün facebook səhifəsində Razim Məmmədovun sərhəd tanımayan bir qanunsuzluğu – sahibkarların işığını kəsib onlarla ailəni çörəksiz qoyması haqda geniş status yazıb.

Həmin statusu təqdim edirik: “FB izləyiciləri bilirlər ki, mən hələm- hələm nəsə yazan deyiləm. Ancaq bu gün gördüklərim?! Yüz il əvvəl - Yazıq məmləkət! Yazıq Vətən!- deyən aydınlarımız nə qədər haqlı və nə qədər də müasir imişlər. Çünki onların ürək ağrısı və qəlb yanğısı ilə səsləndikləri nadanlar bu gün də sağdılar, aramızdadırlar. Hətta hansı yollarlasa ən mühüm vəzifələrə belə dürtülə biliblər. Əlqissə, bu gün Xətai RİH-də gördüklərim "tunelin sonunda" hər hansı bir işığın ola biləcəyi ehtimalına ümidlərimi bir xeyli sarsıtdı.

“Sifətində "IQ"-sü yazılmış başçı”

Razim Məmmədovun "balapadşahlığının" 10 illik tarixçəsinin həm maraqlı, həm qaranlıq, həm də "həlləm-qəlləm" məqamları ilə bağlı bir xeyli yazı nəzərdə tutduğumdan təfərrüata varmayacağam. Deməli, sifətində "IQ"-sü yazılmış başçı nə aglının, nə adamlıgının, nə də ki biləyinin gücü çatdığı bəzi vəzifəli adamların əleyhinə şantaj xarakterli donos ala bilmədiyi iş adamlarını cəzalandırmaq məqsədilə bir aya yaxındır ki, onlara məxsus obyektlərin işığını kəsdirib. Təsəvvürünüzə gətirə bilirsinizmi?! Bayırda XXI əsrdir, ölkə Prezidenti gecəsini gündüzünə qatıb insanların həyatını asanlaşdırmaq və yaxşılaşdırmaq üçün can qoyur, komandası "farağat" vəziyyətindədir, hər kəs bacardığı işin qulpundan yapışıb, amma Xətai RİH başıçısı mağara şüuru, əşirət qaydaları ilə işləyir, onlarla ailənin çörək yediyi iş yerlərinin enerjisini kəsir. Adam rəsmi dönüb olub "montyor"!

Görün, bu oliqarx-məmur nə qədər harınlayıb ki...

Həmin insanlar gəlib başçi ilə görüş tələb etdilər, haqlarını tələb etdilər. Çifayda! Qəbri nurla dolsun, böyük Füzuli, elə bil o da yarım əsr əvvəl padşah sarayında deyil, Xətai RİH-də yazıbmış - Salam verdim, rüşvət deyil deyə almadılar. Əvəzində özünü paytaxtin böyük bir rayonunun "qibleyi-aləmi" hesab edən başçı götürüb rayon polisinin rəisinə zəng vurur ki, həmin "şuluqçuları" çağır, qulaqburması ver. Bədbəxt və zavallı məxluq! O topuqdan olan ağlı ilə elə bilir ki, başqaları da özü ağıldadır. Görün, bu oliqarx-məmur nə qədər harınlayıb ki, Prezidentin az qala hər çıxışında sahibkarlara qayğı, vətəndaşlara diqqət, bütövlükdə məmur təvazökarlığı ilə bağlı dönə-dönə vurğuladığı, təkrarladığı tövsiyə və tapşırıqları qulaq ardına vurur, zorbalıq edir, haqqını tələb edən vətəndaşı polislə üz-üzə qoymaq istəyir.
Feodal dünyagörüşlü, siyasi şüur və səbatı "prorab"

Bəli, bu gün Azərbaycana mane olan iqtisadi çətinliklər, maliyyə böhranı və s. deyil. Dövlət başçısının rəhbərliyi ilə həmin problemləri dəf edəcəyik. Amma Razim Məmmədov kimi yerində olmayan məmurların məsuliyyət "devalvasiyası", düşüncə qısırlığı qaldıqca insanlari sabahkı günün aydinlığına və ölkədə aparılan islahatların perspektivinə inandırmaq çox çətin olacaq. Deməli, neynəmək lazımdır? Hər bir hərəkəti, davranışı, səviyyəsi ilə ümumi inkişafımıza badalaq olan, insanların sabahkı günə işıqlı ümidlərini zülmətə qərq edən, feodal dünyagörüşlü, siyasi şüur və səbatı "prorab" səviyyəsindən yuxarı qalxmamış elementlerdən izalə olmaq.

''Heyif, Xətai rayonundan!”

Razim Məmmədov Razim Məmmədov Qeyd edək ki, Razim Məmmədovun vətəndaşlarla rəftarı, öz maraqlarına uyğun cavablar ala bilmədiyi sakinlərə qarşı atdığı qanunsuz addımlar araşdırılmamış qalır. Məsələn 2011-ci ildə qəzetimizə müraciət edən Elmira Bəndəliyeva Xətai Rayon İcra Hakimiyyətinin (RİH) başçısı tərəfindən hədələndiyini bildirmişdi.

“Xətainin icra başçısı vətəndaşı dəlixanaya saldırmaqla hədələyir”

http://musavat.com/news/olke/xetainin-icra-bashcisi-vetendashi-delixanaya-saldirmaqla-hedeleyir_104166.html sərlövhəli yazıda icra başçısının qəbuluna düşmək istəyən E.Bəndəliyevanı polisə verməsi, başçının şikayətçi qadını dinləyib problemini həll etmək əvəzinə onu dəlixanaya saldırmaqla hədələməsindən söhbət açılırdı. X.Niyazovun qeyd etdiklərində bu baxımdan yeni heç nə yoxdur. R.Məmmədovun öz maraqlarını təmin etmək üçün vətəndaşı polisə verməsi, bununla istəyinə nail olmadıqda isə dəlixanaya saldırmaqla hədələməsi köhnə şakəridir.

OXŞAR XƏBƏRLƏR
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq