Azərbaycan İdeyası

Azərbaycanda sürücü maşından düşən kimi güllələndi - VİDEO

Tarix:13-10-2016, 10:40
Baxış Sayı:291

Azərbaycanda sürücü maşından düşən kimi güllələndi - VİDEO
Abşeron rayonunda iş adamının güllələnməsinin təfərrüatları məlum olub. APA TV-nin məlumatına görə, hadisə Qobu qəsəbəsində baş verib. Qəsəbə sakini, 1975-ci il təvəllüdlü Rövşən Rafiq oğlu Abbasovun odlu silahla qətlə yetirilmiş meyiti tapılıb
Rayon polisi və prokurorluğu əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş 1991-ci il təvəllüdlü Tural Əlizadə tutulub.

İstintaq hərəkətləri zamanı 25 yaşlı Tural Əlizadə əməlini etiraf edib və hadisəni necə törətdiyini danışıb: “Birinci gülləni buraxdım göyə. Sonra da yaxınlaşdım yanına, maşından ayağını yerə qoyan kimi vurdum”.

Saxlanılan Tural Əlizadədən hadisə zamanı istifadə etdiyi “Vinçester” markalı silah götürülüb. Rayon polis idarəsindən verilən məlumata görə, hadisəyə tərəflər arasındakı şəxsi münaqişə səbəb olub. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı