Azərbaycan İdeyası

Yol polisi ilə mübahisə edərək ölən sürücü ilə bağlı – YENİ XƏBƏR

Tarix:7-03-2017, 13:24
Baxış Sayı:679

 Yol polisi ilə mübahisə edərək ölən sürücü ilə bağlı – YENİ XƏBƏR

Martın 4-ü saat 12 radələrində Bakıda yol polisi ilə mübahisə edən sürücünün ölüm hadisəsi ilə bağlı araşdırmalar davam etdirilir.
Korrupsiya və Qanun saytı xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov lent.az-a açıqlamasında bildirib ki, Ziya Bünyadov prospekti ilə hərəkətdə olarkən yol polisi tərəfindən saxlanılan “Nissan”ın sürücüsü, 1961-ci il təvəllüdlü Əsgər Muradovun qəfil ölümü ilə bağlı müvafiq ekspertizalar təyin edilib:
“Hadisə baş verən gün əraziyə ekspertlər gəlib. Müvafiq ekspertizalar təyin edilib. Həmçinin avtomobilin hansı istiqamətdən gəlib hara getməsi müəyyənləşdirilir. Ərazidəki müşahidə və təhlükəsizlik kameralarının qeydə aldığı görüntülər də araşdırılır. İlk gündən bu məsələ diqqətdədir və araşdırmaların nəticəsi barədə vəfat edən şəxsin yaxınları, eləcə də ictimaiyyət məlumatlandırılacaq”.
Qeyd edək ki, martın 4 -də paytaxtın Ziya Bünyadov prospektində Rusiya vətəndaşı Əsgər Muradovun idarə etdiyi “Nissan” markalı avtomobili yol polisi əməkdaşı saxlayıb.
Qohumlarının açıqlamasına görə, YPX əməkdaşının sürücü ilə kobud davranışı onun ölümünə səbəb olub. İddiaya görə, Nərimanov Rayon Dövlət Yol Polisi İdarəsinə məxsus “267” seriyalı avtomobildə olan yol polisi sürücünü “avtoşluq”da ittiham edib və aralarında mübahisə yaranıb. Nəticədə Ə.Muradov hadisə yerində ölüb.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı