Azərbaycan İdeyası

“Piyvənin iyisi burdan-bura vurur” - sərxoş sürücü polislə mübahisə etdi (VİDEO+FOTO)

Tarix:26-08-2016, 12:24
Baxış Sayı:366

“Piyvənin iyisi burdan-bura vurur” - sərxoş sürücü polislə mübahisə etdi (VİDEO+FOTO)
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Göygöl rayonu ərazisində reydlərini davam etdirir. Ötən gün keçirilən reyd də maraqlı görüntülərə səhnə olub. Kəpəz TV (Region TV) xəbər verir ki, yol polisi əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyin təmini sahəsində, o cümlədən nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməməsi ilə bağlı mütəmadi olaraq aparılan profilaktiki tədbirlərə baxmayaraq, bəzi şəxslərin hələ də spirtli içki qəbul edərək sükan arxasına keçməsi adi hala çevrilib. Göygöl rayonu ərazisində davam edən reyd bunu bir daha təsdiqləyir.

Baş Dövlət Yol Polisi İdarəsinin, Yol-Patrul Xidməti Alayının xüsusi bölüyünün əməkdaşları ilə Göygöl rayon Dövlət Yol Polisi Bölməsinin birlikdə keçirdiyi reydin növbəti günündə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən daha 21 sürücü aşkarlanıb. Bu sürücülərin avtomobili cərimə meydançasına aparılmaqla barələrində inzibati tədbir görülüb.

Reyd zamanı son üç ay ərzində ikinci dəfə sərxoşluğu müəyyən edilən sürücüyə də rast gəlinib. Həmin şəxsin avtomobili Göygöl rayon polis şöbəsinin cərimə meydançasına aparılmaqla barəsində daha ciddi tədbir görülüb.

Kamran Məmmədov- BDYPİ-nin YPXA-nın qərargah rəisi: “Sərxoş sürücülərə qarşı reydlərimiz davam edir. Yenə də xeyli sayda sərxoş sürücü aşkarlanıb. Belə sürücülərə tövsiyəmiz odur ki, sükan arxasında spirtli içki qəbul edib əyləşməsinlər. Bu onların təhlükəsizliyi üçün çox vacibdir”.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə yol hərəkəti qaydalarının tələblərinə əməl etmələrini, o cümlədən nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə etmə hallarına son qoymağı tövsiyə edir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı