Azərbaycan İdeyası

Bakı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı maraqlı məqam

Tarix:10-03-2017, 13:33
Baxış Sayı:620

Bakı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı maraqlı məqam

"Çox qazanmaq kimi pis vərdişimiz görün Sumqayıt -Bakı yolunda hansı faciəmizə gətirib çıxardı. 5 övladımız heç pərvazlanmamış bu dünyadan getdilər. Bunun səbəbi həmin mikroavtobusu idarə edən sürücünün acgözlüyü, çox pul qazanmaq marağı oldu". Bu fikirləri "OLAYLAR"-a hüquqşünas Rövşən Məmmədli səsləndirib.
O, qeyd edib ki, sürücünün normadan 12 nəfər artıq sərnişin götürməsi və avtomobili sürətlə idarə etməsi faktı bunu təsdiq edir: "Bu faciənin əsas günahkarı isə şübhəsiz ki, Bakı-Sumqayıt şosesinə nəzarət edən YPX işçiləridir. Onların günahkar olması faktlarla ortadadır. Belə ki, ağır yol qəzasını törədən sürücünün sürücülük vəsiqəsinin belə olmaması, 61 dəfə radara düşməsi və s.bu şəxsə sərnişin daşıma nəqliyyatında işləməsinə birmənalı icazə vermirdi. Bunu da YPX işçiləri aydın görürdülər. YPX işçiləri sərnişinlərə, millətə can yandırsaydılar, axşamdan xarab olub yol kənarında qalmış yük maşınını vaxtında oradan kənara çıxara bilərdilər. Ancaq onların da həmin qəzanı törədən sürücü kimi daha çox pul qazanmaq hərisliyi olduğundan öz vəzifə borclarını unutmuşdular. Necə olur ki, küçənin kənarında iki dəqiqəyə maşını saxlayıb bir yerə gedən adamın maşınını bir göz qırpımında evakuatora qoyub aparıb cərimə edirlər, ancaq həmin yük maşınını o yoldan çıxara bilməyiblər. Sözümün canı odur ki, ölkəmizdə Yol Patrul Xidməti işi yarıtmazdır. Bunu hamı görür".

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı