Azərbaycan İdeyası

«Mc Donald’s» rəhbərinin oğlunun ölümündə günahlandırılan sürücünün də cəzası azaldıldı

Tarix:15-07-2016, 12:50
Baxış Sayı:324

«Mc Donald’s» rəhbərinin oğlunun ölümündə günahlandırılan sürücünün də cəzası azaldıldıBu gün Bakı Apellyasiya Məhkəməsində Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğlu İlham Əsgərli ilə birlikdə həbs olunmuş Əhliman Süleymanovun apellyasiya şikayətinə baxılıb. APA-nın məlumatına görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Ə. Süleymanov barəsində Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ləğv olunub və ona verilmiş 6 illik cəza 4 il 6 aya endirilib.

Xatırladaq ki, 2014-cü il sentyabrın 27-də İlham Əsgərlinin idarə etdiyi “Mercedes S500" Zığ-aeroport yolunda Əhliman Süleymanovun idarə etdiyi ”Howo" markalı yük maşını ilə toqquşub. Həmin vaxt İlham Əsgərlinin sürücüsü Pərvin Fətullayev də maşında olub. Qəza nəticəsində İlham Əsgərli özü və Pərvin Fətullayev xəsarət alıb, “Mc Donald’s Azərbaycan” şirkətinin icraçı direktoru Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyev isə dünyasını dəyişib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı