Azərbaycan İdeyası

"Nəfəsim kəsildi, özümü itirdim" - Dəhşətli qəzada yaralananlar danışdılar

Tarix:10-03-2017, 15:03
Baxış Sayı:460

 "Nəfəsim kəsildi, özümü itirdim" - Dəhşətli qəzada yaralananlar danışdılar

Dünən səhər saatlarında Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəzada yaralanan tələbələr hadisənin necə baş verməsindən danışıblar. Yaralılar çox qorxduqlarını və hadisənin bir anın içində baş verdiyini dilə gətiriblər.
Xəsarət alan qız: "Arxa pəncərə tərəfdə oturmuşdum. Qabaqda "KamAZ"ı gördük. Gedib ona çırpıldıq. Ağız hissəm ağrıdığını hiss edib, özümdən getdim".
Təranə Kərimova (xəsarət alan): ""KamAZ"ın arxasına çırpıldıq. Bir anlıq hər şey qatıb-qarışdı. Ölən və yaralananlar oldu".
Aytən Quluzadə (xəsarət alan): "Heç nə bilmirəm. Heç nə görə bilmədim. Yadımdan çıxıb, xatırlamıram".
Bəybala Manafov (xəsarət alan): "Başımla sinəmdən xəsarət aldım. Nəfəsim gəlmədi, özümü itirdim".
Oktay Əsgərli (xəsarət alan): ""KamAZ" sabit dayanmışdı. Bizdə sürət var idi. Elə də çox xatırlamıram".
Sumqayıt Dövlət Universitetinin rektoru mikroavtobusdakı sərnişinlərin hamısının tələbə olduğunu təsdiq edib.
Elxan Hüseynov (SDU-nun rektoru): "SDU-nun avtobusu yoxdur. Bu, marşurut taksisidir. Biz yaralıların hamısı ilə bir-bir görüşdük. Həkimlər onların vəziyyətində narahatedici hal olmadığını bildirdilər".
Qəza nəticəsində Bakı-Sumqayıt yolunda böyük tıxac yaşanıb.
Faktla bağlı araşdırma aparılır. Cinayət işi açılıb. Milli.az ARB TV-yə istinadən xəbər verib.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı