Azərbaycan İdeyası

Siyəzəndə bağırsaqları yuyulan körpə öldü

Tarix:3-04-2017, 12:46
Baxış Sayı:869

 Siyəzəndə bağırsaqları yuyulan körpə öldü
Siyəzəndə bağırsaqları yuyulan 5 aylıq körpə dünyasını dəyişib.
Korrupsya və Qanun saytı Xəzər TV-yə istinadən məlumat verir ki, valideynləri uşağın həkim səhvi ucbatından öldüyünü iddia edirlər.
Siyəzən sakini Mazan Əzimov martın 19-da oğlu, 5 aylıq Cahidi Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə aparıb. Körpənin hərarəti və soyuqdəyməsi olduğu üçün uşaq həkimi Mənsurə Ağayeva tərəfindən müalicə aparılıb. Martın 30-da isə Cahidin bağırsaqları yuyulub. Bir neçə saatdan sonra isə körpədə qanaxma əmələ gəlib.
Cahid Əzimov paytaxtdakı xəstəxanalardan birinə çatdırılsa da, bir neçə saat sonra dünyasını dəyişib.
Valideynləri iddia edir ki, azyaşlı tibb müəssisəsində müalicə aldığı dövrdə rentgen müayinəsindən keçirilməyib. Kortəbii aparılan müalicə nəticəsində də bağırsağına su çox vurulub və bu səbəbdən də qanaxma baş verib.
Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. Qeyd edilən ittihamlarla bağlı Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzindən münasibət öyrənmək mümkün olmayıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı