Azərbaycan İdeyası

Başı kəsilərək öldürülən bacı-qardaşın görüntüləri yayıldı – FOTO + YENİLƏNİB

Tarix:4-04-2017, 14:27
Baxış Sayı:682

Başı kəsilərək öldürülən bacı-qardaşın görüntüləri yayıldı – FOTO + YENİLƏNİB
2 gün əvvəl Bakının Nərimanov rayonunda – Keşlə qəsəbəsində baş vermiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi maraqlı məqamlar üzə çıxıb.
Korrupsiya və Qanun saytı Lent.az-a istinadən xəbər verir ki, qohumları tərəfindən boğazları kəsilərək öldürülən 2001-ci il təvəllüdlü Qasımzadə Saqil Səxavət oğlu və onun 26 yaşlı bacısı Fəridə 2015-ci ilin dekabrında Xəzərdə baş vermiş dəhşətli yanğın nəticəsində həlak olmuş İman Qasımovun qardaşının övladlarıdır.
Onlar Kəlbəcər rayonundan məcburi köçkündürlər.
Hadisə vaxtı ağır yaralanan 55 yaşlı Lətifə Qasımova isə hələ də reanimasiyadadır. O, 1 saylı şəhər xəstəxanasında müalicə olunur. Xəstəxanadan bildirilib ki, L.Qasımovanın vəziyyəti hələ də ağır olaraq qalır.
Qeyd edək ki, məlum cinayət hadisəsi Astara rayon sakini, L.Qasımovanın bacısının kürəkəni 20 yaşlı Azər Cəfərov tərəfindən törədilib. O, evi qarət etdikdən sonra öldürdüyü şəxslərin meyitlərini avtomobilinin baqajına qoyaraq qaçıb. Əməliyyat tədbirləri nəticəsində avtomobili ilə birgə paytaxtın mərkəzindəki avtomobil təmiri sexində tutulub. A.Cəfərov əməlini etiraf edib.


13:58

Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş vermiş dəhşətli qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.
Korrupsiya və Qanun saytı DİN-in saytına istinadən məlumat verir ki, aprelin 2-də saat 1 radələrində Nərimanov rayonunun Keşlə qəsəbəsində Bakı şəhər sakini Fəridə Qasımovanın üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti evinin qarşısında tapılıb, anası Lətifə Məmmədova isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Azər Cəfərov tutulub. Onun idarə etdiyi “BMW” markalı avtomobilin yük yerinə baxış zamanı oradan L.Məmmədovanın 16 yaşlı oğlu Saqil Qasımzadənin bədən və baş nahiyələrində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Araşdırmalar davam etdirilir.

Başı kəsilərək öldürülən bacı-qardaşın görüntüləri yayıldı – FOTO + YENİLƏNİB

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı