Azərbaycan İdeyası

Bakı sakini faciəvi şəkildə ölüb – YENİLƏNİB

Tarix:10-04-2017, 16:07
Baxış Sayı:674

 Bakı sakini faciəvi şəkildə ölüb – YENİLƏNİB


Aprelin 8-də Bakı şəhərinin Xətai rayonunda gənc oğlanın liftin şaxtasına yıxılaraq ölməsi hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.
Korrupsiya və Qanun saytı Lent.az-a istinadən xəbər verir ki, ilkin araşdırmalar zamanı məlum olub ki, 28 yaşlı Nurlan Həsənov binanın 11-ci mərtəbəsindən şaxtaya yıxılıb.
Belə ki, axşam saatlarında aşağı düşmək üçün liftin düyməsinə sıxan N.Həsənov qapının açıldığını, lakin liftin hələ gəlmədiyini görüb.
O, başını lift şaxtasına doğru əyib və liftin harada olmasını müəyyənləşdirməyə çalışıb. Bu zaman yuxarı mərtəbədə olan lift aşağı enərək onun başına çırpılıb. Zərbənin təsirindən N.Həsənov şaxtaya yıxılıb və hadisə yerindəcə keçinib.
Araşdırmalar davam etdirilir.

23:20 (08.04.2017)

Bakı sakini faciəvi şəkildə ölüb. Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin lift boşluğuna yıxılması barədə məlumat daxil olub.
Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 1989-cu il təvəllüdlü Həsənov Nurlan Şahmərdan oğlunun cəsədini lift boşluğundan çıxararaq aidiyyati üzrə təhvil veriblər.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı