Azərbaycan İdeyası

Boksçumuzu bıçaqlayanı nazir özü həbs etdirdi: “Şikayətçi deyildim, 10 il cəza verdilər”

Tarix:5-06-2017, 16:05
Baxış Sayı:1 061

 Boksçumuzu bıçaqlayanı nazir özü həbs etdirdi: “Şikayətçi deyildim, 10 il cəza verdilər”

Azərbaycan bayrağı altında mübarizə aparan idmançılardan biri də boksçu Fərşid Rüstəmidir. Əslən cənubi azərbaycanlı olan boksçu 8 ildir ki ölkəmizdədir

F.Rüstəmi müsahibə verib. O Azərbaycana gəlişi, ölkəmizdə başına gələn bıçaqlanma hadisəsi və məsələyə nazirin əl qoymasından danışıb.

– Nə vaxtdan peşəkar boks üzrə milli komandamızın üzvüsüz?
– 8 ildir ki, boks üzrə Azərbaycan milli komandasındayam. Peşəkar boksda isə Azərbaycanı 2 ildir təmsil edirəm.

– Bəs Azərbaycan vətəndaşlığını nə vaxt qəbul etdiz?
– Milliyə gələn ildən…

– Sizi İrandan milli komandamıza kim gətirib?
– Nəriman Abdullayev tərəfindən təklif gəlmişdi. Həmin vaxt o gənclərdən ibarət milli komandanın baş məşqçisi idi.

– Bəs millimizdə hansı uğurlara imza atıbsız?
– Həvəskar boksda Türkiyə Cumhuriyyətində qızıl, “Ahmet Cömərt” beynəlxalq turnirində gümüş, Enver Çodri turnirində qızıl medal qazanmışam. Peşəkar boksda isə Almaniyada dünya kəmərinin sahibi olmuşam, iyul ayının sonlarında isə həmin kəməri qorumalıyam.

Dünya Boks Federasiyasi tərəfindən Rio Olimpiya Oyunlarında xüsusi qonaq kimi dəvət almışıdım. Müxtəlif ölkələrdən 12 peşəkar boksçu olimpiadaya dəvət almışdı. Mən də onlardan biri idim.

– Adətən deyirlər ki, millimizə gətirilən idmançılar öz ölkələlərində lazım olmadıqları üçün bizi seçirlər. Maraqlıdır, siz də İran yığmasında çıxış edə bilmədiyiniz üçün Azərbaycanı seçmişdiz?
– Elə deməzdim. Mən İran yığma komandasında Asiya çempionu olmuşam. Enver Çodri beynəlxalq turnirində azərbaycanlı rəqibimi məğlub etmişdim. Elə bu yarışdan sonra Azərbaycan milli komandasının məşqçisi tərəfindən dəvət aldım və dəyərləndirdim.
Çünki özüm İran azərbaycanlısıyam və Azərbaycan üçün vuruşmaq mənim üçün daha xoşdur.

– Fərşad bəy, deyirlər ki, millimizi qəbul edənlərə yüksək miqdarda pul verilir.
– Bütün komanda üzvləri nə qədər maaş alırsa mən də onlar kimi…

– Bir az keçmişə qayıdaq. 2012-ci ildə sizi paytaxtda bıçaqlamışdılar. Səbəb nə idi?
– Bəli, hadisə London Olimpiya Oyunlarından öncə baş vermişdi. Restoranların birində mübahisə edirdilər. Onları sakitləşdirmək istəyirdim. Biri bıçaq vurdu qaçdı və həmin hadisə London olimpiadasını məndən aldı. Bu işlə cənab nazir (Azad Rəhimov – red:) özü məşğul oldu. Düzdür həmin adamdan şikayətçi olmadım. Buna baxmayaraq ona 10 il həbs cəzası verdilər.

– Sizi bıçaqlayanı ilk dəfə görürdünüz? Əvvəllər heç qarşılaşmamışdız?
– Bəli ilk dəfə…

-Yaxın zamansa sizi hansı yarış gözləyir?
– Bir az əvvəl də dediyim kimi iyulunun sonlarında… Ukraynalı rəqibim Azərbaycana gələcək və 12 raunluq döyüşdə mən kəməri qorumalıyam. (Unikal.org)

OXŞAR XƏBƏRLƏR
Xankəndidə ilk dəfə qəbul imtahanı keçiriləcək - DİM
Xankəndidə ilk dəfə qəbul imtahanı keçiriləcək - DİM
“Aztelekom” yenidən təşkil edilib
“Aztelekom” yenidən təşkil edilib
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
40 gündür axtarılan Aytacın meyiti tapıldı
40 gündür axtarılan Aytacın meyiti tapıldı
İlham Əliyev PKK-nın özünü ləğv etməsinə görə Ərdoğanı TƏBRİK ETDİ - FOTO
İlham Əliyev PKK-nın özünü ləğv etməsinə görə Ərdoğanı TƏBRİK ETDİ - FOTO
PKK-nın başqa şansı qalmamışdı: heç bir şərt, güzəşt ola bilməz, ancaq...
PKK-nın başqa şansı qalmamışdı: heç bir şərt, güzəşt ola bilməz, ancaq...
2025-ci ilin yanvar-mart aylarında Goranboy rayonunda Əmtəə bazarının göstəriciləri
2025-ci ilin yanvar-mart aylarında Goranboy rayonunda Əmtəə bazarının göstəriciləri
PKK özünü ləğv etdi
PKK özünü ləğv etdi