Azərbaycan İdeyası

`Nazir ayaqqabı almaq üçün mənə pul verdi` - Müsahibə

Tarix:29-01-2016, 15:26
Baxış Sayı:380

`Nazir ayaqqabı almaq üçün mənə pul verdi` - Müsahibə





“Qadınlar ancaq şəkil çəkdirmək üçün gəlirlər...”
"Korrupsiya və Qanunm" saytı AzVision.az a istinadən bildirir ki, müxtəlif peşə sahibləri ilə müsahibələri davam etdirir. Budəfəki həmsöhbətimiz Sima Səfərovadır. O Fövqaladə Hallar Nazirliyinin xüsusi riskli xilasetmə xidmətində xilasedici alpinisti kimi çalışır. Rütbəsi gizirdir.
-1990-cı ildə Bakı şəhərində anadan olmuşam. İxtisasım ingilis dili üzrə filoloqdur. Qərb Universitetinin məzunuyam. Bir neçə il tərcüməçi işləsəm də, alpinizmə həmişə marağım olub. Alpinizmlə tələbəlik vaxtından məşğul olmağa başlamışam. Bundan əlavə Karate idman növü ilə məşğul olmuşam.
-Alpinizmə maraq göstərməyinizə səbəb nə idi?
- Universitetdə oxuyarkən bu idman növü üzrə yarış keçirildi. Mən də özümü sınamağa çalışdım. İlk dəfə yarışa qatıldım. Sözün düzü, yarışda heç nə edə bilmədim. Birinci dəfə buz görürdüm. Mənfi 20 dərəcə soyuqda nə edəcəyimi bilmirdim. O vaxtlar Azərbaycanda alpinizmin varlığından xəbərim yox idi. Yarışdan sonra universitetin klubuna yazıldım və mütəmadi məşqlərə başladım.
2012-ci ildə qayayadırmanma üzrə 3-cü yer tutmuşam. Bundan sonra milli komandaya dəvət aldım. Özümü daha da təkmilləşdirdikdən sonra yarışlarda iştirak etməyə icazə verdilər. İndiyə kimi çox ölkədə yarışlarda iştirak etmişəm. Bir neçə il öncə Fransada keçirilən yarışa da qatılmışdım. Gənclər və idman naziri Azad Rəhimov komandamıza ürək-dirək verərək, qalib gələcəyimizə inandığını deyirdi. Heç vaxt yadımdan çıxmaz, mənim ilk dırmanma ayaqqabılarımın pulunu Azad Rəhimov vermişdi.

OXŞAR XƏBƏRLƏR
Xəstələr nə vaxt dərmanları pulsuz alacaqlar, ilk növbədə kimlərə şamil olunacaq?
Xəstələr nə vaxt dərmanları pulsuz alacaqlar, ilk növbədə kimlərə şamil olunacaq?
Ronaldu və Corcina evlənirlər - Toyun təfərrüatı açıqlanıb
Ronaldu və Corcina evlənirlər - Toyun təfərrüatı açıqlanıb
Sumqayıtda zəncirvari qəza: Dörd avtomobil toqquşdu
Sumqayıtda zəncirvari qəza: Dörd avtomobil toqquşdu
KİV: FIFA klublararası DÇ ilə bağlı komandalara vəd olunan 250 milyon dolları ödəməyib
KİV: FIFA klublararası DÇ ilə bağlı komandalara vəd olunan 250 milyon dolları ödəməyib
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
HƏMAS-ın tərk-silah edilməsi prosesinə başlanılır?
HƏMAS-ın tərk-silah edilməsi prosesinə başlanılır?
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib