Azərbaycan İdeyası

Yaşayış binasındakı yanğınla bağlı rəsmi məlumat - Yenilənib (Video-Fotolar)

Tarix:26-07-2017, 13:18
Baxış Sayı:527

 Yaşayış binasındakı yanğınla bağlı rəsmi məlumat - Yenilənib (Video-Fotolar)


Fövqəladə Hallar Nazirliyi Bakıda yaşayış binasında baş verən yanğınla bağlı məlumat açıqlayıb.
Korrupsiya və anun saytı FHN-in saytına istinadən verdiyi məlumata görə, paytaxtın Yasamal rayonunda altımərtəbəli yaşayış binasının ümumi sahəsi 240 m2 olan çardağının yanar konstruksiyaları və vətəndaşa məxsus sahəsi 36 m2 olan 1 otaq yanıb.

Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 30 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 11:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

**

Bakının Yasamal rayonunda yaşayış binasında baş verən yanğın söndürülüb.

AzVision.az a istinad olaraq xəbər verir ki, hadisə zamanı xəsarət alan olmayıb. Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov jurnalistlərə bildirib ki, yanğının səbəbləri qurumlar tərəfindən araşdırılacaq və müvafiq qərar veriləcək:

“Hazırda istntaq qrupu yaradılıb, araşdırma aparılır. Sakinlərə müvafiq köməklik göstəriləcək. Yanğın tam söndürüləndən sonra sakinlər qaz və işıqla təmin olunacaq”.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən xəbərə görə, yanğın elektrik naqillərində qısaqapanmadan baş verib.

**

Bakının Yasamal rayonunda yaşayış binasının damında yanğın başlayıb. AzVision.az-ın məlumatına görə, yanğın baş verən binanın sakinləri təxliyə olunub.

FHN-də yanğın "2 dərəcəli çağırış" kimi qiymətləndirilib. Hadisə yerinə 8 yanğınsöndürən maşın cəlb olunub və yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.


















OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı