Azərbaycan İdeyası

FHN meyiti sudan çıxarmaq üçün 5000 manat istəyib? – RƏSMİ AÇIQLAMA

Tarix:7-08-2017, 15:05
Baxış Sayı:273

 FHN meyiti sudan çıxarmaq üçün 5000 manat istəyib? – RƏSMİ AÇIQLAMA



Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə avqustun 5-də saat 19:55 radələrində İmişli rayonundakı Çaxırlı kəndi ərazisində kanalda çimərkən 1992-ci il təvəllüdlü Nağıyev Elvin Oktay oğlunun batması haqqında məlumat daxil olub. Daha sonra nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətindən 5 nəfər dalğıc-xilasedici və 2 texnika cəlb edilib.
Bu barədə Modern.az-a FHN-nin mətbaut xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib.
O qeyd edib ki, vətəndaşın cəsədi avqustun 7-də hadisə yerindən 50 kilometr aralıda aşkar edilərək aidiyyəti üzrə təhvil verilib:
“Hadisə ilə bağlı bəzi kütləvi informasiya vasitələrində xilasedicilərin axtarış işləri üçün guya zərərçəkmişin ailəsindən 5000 manat pul tələb etməsi haqqında əsassız iddialar yer alıb.
Bildiririk ki, Fövqəladə Hallar Nazirliyinin Daxili təhlükəsizlik Baş idarəsi tərəfindən bununla bağlı aparılan araşdırma, həmçinin batan şəxsin ailə üzvləri ilə söhbətlər zamanı sözügedən iddia təsdiqini tapmayıb.
Fövqəladə Hallar Nazirliyi bir daha kütləvi informasiya vasitələrinə müraciət edir ki, nazirliyin fəaliyyəti ilə bağlı informasiya yaymazdan əvvəl FHN-in mətbuat xidməti ilə dəqiqləşdirmə aparsınlar”.
Qızlar bu səbəbdən ailə qurmaq istəmirlər - Psixoloq məsləhəti Neymarın qiymətinə nə almaq olar? - 10 qırıcı təyyarə, 3 "Boinq" və s.Öncə ictimai

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı