Azərbaycan İdeyası

“Fahişə kimi yanına getdiyim oğlanla evləndik” - Azərbaycanlı fahişələrdən şok açıqlamalar

Tarix:22-10-2015, 16:08
Baxış Sayı:410

Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən 1968-ci il təvəllüdlü Leyli Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
"Korrupsiya və Qanun" qəzetinə istinaədən “Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Təqsirləndirilən şəxs Leyli Məmmədova qadınları maddi imkansızlıqları ilə əlaqədar zəiflik vəziyyətlərindən sui-istifadə edərək Rusiyaya aparıb orada fahişəliyə cəlb edib.
Belə ki, Məmmədova Leyli Arif qızı 2005-ci ilin noyabr ayının ortalarında D.Cəfərovaya (soyad şərtidir), K.Qulizadəyə və M.Dəmirovaya Moskva şəhərində xidmətçi kimi işə düzəldəcəyini deyib. Hər üç qadın razılıq bildirdikdən sonra onları 18 dekabr 2005-ci il tarixdə qatarla “Yalama” sərhəd buraxılış məntəqəsindən keçirərək Moskvaya aparıb, 16 mart 2006-cı il tarixinədək D.Cəfərova və K.Qulizadəni, 2006-cı ilin iyun ayına qədər isə M.Dəmirovanı hər gün bir neçə kişi ilə görüşdürüb. Leyli Məmmədova 2006-cı ilin oktyabrında kirayə yaşadığı evdə E.Kazımovaya (soyad şərtidir), E.Əliyevaya Moskvaya gəlib onun nəzarəti altında fahişəliklə məşğul olmağı təklif edib. Əldə ediləcək gəliri isə yarı-yarı böləcəklərini razılaşdırıblar. Onlar 26 oktyabr 2006-cı il tarixdə Moskva gediblər, orada Leyli Məmmədovanın kirayə yaşadığı mənzildə qalıblar. E.Əliyeva 29 dekabr 2006-cı il tarixədək, E.Kazımovanı isə 15 yanvar 2007-ci il tarixə kimi orada fahişəliklə məşğul olub sonra Bakıya qayıdıblar. Leyli Məmmədova 2007-ci ilin avqustunda Moskvadan E.Kazımovaya zəng edərək təkrar “işə” cəlb edib. E.Kazımova razılığını bildirdikdən sonra 17 avqust 2007-ci il tarixdə Moskvaya gedib, Leyli Məmmədova onu 11 sentyabra kimi bir neçə kişi ilə görüşdürüb cinsi əlaqədə olmasını təşkil edib. Bakıda qayıdan E.Kazımova 10 fevral 2008-ci ildə Leylinin təklifi ilə yenidən Moskvaya gedib və martın 4-nə kimi orada fahişəliklə məşğul olub. E.Kazımova bu dəfə geri qayıdandan sonra Leyli Məmmədova özünə təzə işçi axtarıb və C.Ömərovaya və T.Quliyevaya gəliri yarı-yarı bölməklə Moskvada fahişəlik, A.Qulamovaya (soyad şərtidi) isə mağazada satıcı vəzifəsi təklif edib. A.Qulamova martın 22-nə kimi, T.Quliyeva iyunun 6-na kimi, C.Ömərova isə iyulun 7-nə kimi Moskvada pul qarşılığında kişilərlə cinsi əlaqədə olublar.
Bir neçə dəfə Moskvaya “səfər etmiş” E.Kazımova təkrar Leyli ilə işləməyə başlayıb və martın 20-dən aprelin 14-ə kimi Moskvada fahişəlik edib, Leyli ilə şərik olublar. Leyli Məmmədova “işçilərini” Moskvada qoyub özü Bakıya gəlib və Gənclik stansiyasının yaxınlığındakı «Macdonalds» restoranında S.Xalıqbəyova ilə görüşüb. Ona da “şərik iş” təklif edib və razılığını alıb. S.Xalıqbəyova 29 avqust 2008-ci il tarixdə Moskvaya gedib 11 noyabr 2008-ci ilədək fahişəliklə məşğul olub. Leyli Məmmədova bu dəfə yenə köhnə tanışı E.Kazımovanı yanına çağırıb. Kazımova iyunun 28-dən iyulun 27-nə kimi Moskvada “fəaliyyət göstərib”. Artıq bir dəfə Leyli ilə “işləyən” T.Quliyeva təkrar Moskvaya gedib və iyulun 14-dən sentyabrın 30-na kimi köhnə peşə ilə məşğul olub. Artıq bir dəfə Moskavaya gedib təcrübə toplayan C.Ömərova özünə başqa bir şərik tapıb. O S.Qasımovaya (soyad şərtidir) birlikdə işləmək təklifi verib və razılıq da alıb. Onun yol xərclərini və sənəd işlərini də özü həll edib. C.Ömərova yeni “işçi”ni Leyli Məmmədovaya təhvil verib, bununla da S.Qasımova Moskvada bir ay fahişəlik edib.
Təqsirləndirilən şəxs Leyli Məmmədova məhkəmədə ifadə verərək özünü təqsirli bildiyini deyib. O bildirib ki, Moskvada olan zaman Esmira adlı tanışı ona D.Cəfərovanın telefon nömrəsini verib: “Mən Cəfərova ilə dostum Vəfanın Sumqayıtdakı evində görüşdüm. K.Qulizadə də onun birlikdə gəlmişdi. Onlar özləri mənə təklif etdilər ki, şərait yaradım gəlib fahişəlik etsinlər. Cəfərova dedi ki, onun tanışı M.Dəmirova da onlarla getmək istəyir. Dedilər qazancı bölərik, sənə də kirayə puluna kömək edərik. Bircə Vəfa istəmədi, onlar üçü ilə razılaşdıq. Müştərilər qızları evdən götürürdü, onlarla cinsi əlaqədə olduqdan sonra gətirib evə qoyurdular. Pulları da razılaşdığımız kimi yarı bölürdük. Leyli Məmmədovanın vəkili Vasif İsrafilov çıxış edərək bildirib ki, məhkəmə ona cəza təyin edərkən məhkumluğunun olmamasını, törətdiyi əməli etiraf edib əməlindən səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, ailəli və himayəsində biri yetkinlik yaşına çatmayan olmaqla iki uşağının olmasını, dul qadın olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halların da olmasını nəzərə almağı xahiş edib: “Həmçinin cinayətin törədildiyi vaxtdan da 10 ilə yaxın vaxt keçib”.
Məhkəmənin qərarı ilə Leyli Məmmədova Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.5-ci maddələri ilə təqsirli bilinib barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 1 il 6 ay müddətə azadlıqdan məhrum edilib. O, 2014-cü ilin 22 iyul tarixində həbs edilib.

Murad Əhməd.

OXŞAR XƏBƏRLƏR
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq