Azərbaycan İdeyası

Bakıda 67 cinayətkar qrup zərərsizləşdirilib

Tarix:22-10-2015, 17:26
Baxış Sayı:486

Bakıda 45 soyğunçuluq və quldurluq cinayəti törətmiş 95 nəfərdən ibarət 38 qrup, eləcə də mənzillərdən 84 oğurluq törətmiş 69 nəfərdən ibarət cinayətkar 29 qrup yaxalanıb.
"Korrrupsiya və Qanun" qəzetinə istinadən Bakı Şəhər Baş Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, bu barədə bu gün 2015-ci ilin 9 ayının yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.
Qeyd olunub ki, hesabat dövründə Bakı şəhərində Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə 8.706 (8.752) cinayət qeydə alınıb ki, onların da 81,6%-i (7.104-ü) az ağır və böyük ictimai təhlükə törətməyən, 18,4%-i isə (1.602-i) ağır və xüsusilə ağır növlər olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qəsdən adam öldürmələr 9,5%; qəsdən sağlamlığa ağır zərər vurmalar 9,7%; adam oğurluğu faktları isə 2 dəfə azalıb.
Cinayətlərin 75,9%-nin (ötən il 70,1%), ağır növlərinin 77,9%-nin (72,4%), qeyri-aşkar şəraitdə baş verənlərin 64,7%-nin (57,4%) açılması təmin olunub. Şəxsiyyət əleyhinə olan 1402 cinayətdən 92,3%-i (91,2%), o cümlədən qəsdən adam öldürmələrin 100%-i (90,7%), adam öldürməyə cəhdlərin 89,5%-i açılıb (100%).
2014-cü ilin müvafiq dövrü ilə müqayisədə ümumi cinayətlərin açılması 5,8%, onların ağır və xüsusilə ağır növlərinin açılması 5,5%, şəxsiyyət əleyhinə olanların açılması 1,1%, o cümlədən qəsdən adam öldürmələrin açılması 9,3%, mülkiyyət əleyhinə cinayətlərin açılması 10,4%, mənzillərdən edilən oğurluqların açılması 10,9%; avtonəqliyyat oğurluqlarının açılması 12,5%; quldurluqların açılması 7,1%; hədə-qorxu ilə tələb etmələrin açılması 6,5%; avtonəqliyyatın qaçırılması 5,1%; xuliqanlıqların açılması 0,5%; dələduzluqların açılması 2,7%; ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması 7,1% yaxşılaşıb.
Cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqinin də böyük əhəmiyyəti olmuşdur. Baş İdarənin və ərazi polis orqanlarının “Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 1911 hadisə aşkarlanıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə 202 bağlı cinayət açılıb.
2015-ci ilin 9 ayı ərzində təqsirləndirilən şəxs qismində axtarışda olan 1106 nəfərdən 65,6%-i (-2,2%, 725-i), ağır və xüsusilə ağır cinayətlərə görə axtarılan 456 nəfərdən isə 51,1%-i tutulub (-2,1%, 233-ü).

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı