Azərbaycan İdeyası

Bakıda homoseksualın qətli ilə bağlı RƏSMİ MƏLUMAT

Tarix:6-03-2015, 16:31
Baxış Sayı:475

Bakı şәhәr Baş Polis İdarәsi vә şәhәr prokurorluğu Nərimanov rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. Prokurorluqdan Lent.az-a daxil olan məlumatda bildirilir:


Paytaxtın Nәrimanov rayon hüquq mühafizә orqanlarının birgә hәyata keçirdiyi tәxirәsalınmaz istintaq­әmәliyyat tәdbirlәri nәticәsindә qeyri­aşkar şәraitdә törәdilmiş qәtl hadisәsinin açılması tәmin edilib. Belә ki, fevralın 28­dә saat 23 radәlәrindә rayonun A.Heydәrov küçәsi, ev 2 mәnzil 16­da kirayәdә yaşamış Әliyev Bәxtiyar Mayıl oğlunun bәdәni üzәrindә zorakılıq әlamәtlәri olan meyitinin aşkar edilmәsi faktına görә Nәrimanov rayon prokurorluğunda Cinayәt Mәcәllәsinin 120.1­ci (qәsdәn adam ödürmә) maddәsi ilә cinayәt işi başlanıb. Hәyata keçirilmiş istintaq vә әmәliyyat­axtarış tәdbirlәri nәticәsindә hәmin cinayәtin Kürdәmir rayon sakini, Mәlikov Nicat Әliheydar oğlu tәrәfindәn törәdilmәsindә әsaslı şübhәlәr yarandığından o, tutularaq istintaqa cәlb olunub. N.Mәlkov hәyata keçirilmiş istintaq hәrәkәtlәri, o cümlәdәn ifadәsinin yerindә yoxlanılması zamanı cinayәt barәsindә etirafedici ifadәlәr vermәklә, qәtl hadisәsindәn sonra B.Әliyevin yaşadığı mәnzildәn oğurladığı mәrhuma mәxsus mobil telefon, kompüter vә digәr әşyaları istintaq orqanına tәqdim etmiş vә hәmin әşyalar maddi sübut kimi cinayәt işinin materiallarına әlavә edilib.

Hazırda cinayәt işi üzrә istintaq­әmәliyyat tәdbirlәri davam etdirilir.

Qeyd edək ki, qətlə yetirilən B.Əliyevin cinsi azlıq nümayəndəsi olduğu bildirilir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı