Azərbaycan İdeyası

Ağcabədidə itən valyuta dəyişənin meyiti tapıldı

Tarix:23-10-2015, 12:51
Baxış Sayı:472

Bu il oktyabrın 17-də itkin düşən Ağcabədi rayon sakini İsmayılov Valeh Qanboy oğlunun meyiti Qarabağ kanalının İmişli rayonu ərazisindən keçən hissəsində tapılıb.
Korrupsiya və Qanun" qəzetinə istinadən Ölkə.Az xəbər verir ki, APA-nın yerli bürosunun xəbərinə görə, V. İsmayılovun meyiti ailəsinə təhvil verilib.
Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspetriza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsindən bildiirlib ki, meyit müayinə olunub və üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb. Mərhumun 6 gün əvvəl öldüyü müəyyənləşib. İlkin ehtimala görə, ölümün səbəbi suda boğulmadır.
Hadisənin qəsd və ya intihar olması araşdırılır.
Qeyd edək ki, Ağcabədidə “Kolxoz bazarı” adlanan yerdə xarici valyutanın alqı-satqısı ilə məşğul olan 1956-cı il təvəllüdlü V. İsmayılov oktyabrın 17-də saat 07:40 radələrində evdən çıxıb və geri qayıtmayıb.
Bununla bağlı Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən axtarış elan olunub.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı