Azərbaycan İdeyası

Tiryəki xurma şəklinə salsa da gömrükdən keçirə bilmədi

Tarix:23-10-2015, 17:04
Baxış Sayı:451

Gömrükçülər İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxsi saxlayıb.
"Korrupsiya və Qanun" qəzetinə istinadən Dövlət Gömrük Komitəsindən Trend-ə daxil olan məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Dünyamalı Qaraşova məxsus idman çantasına baxış həyata keçirilib. Baxış zamanı həmin çantanın içərisindəki 2 ədəd xurma qutusunun hər birində, xurmaların arasında, eynilə xurma şəklinə salınmış vəziyyətdə, ümumi xalis çəkisi 775 qram olan narkotik vasitə - tiryək aşkar edilib.
Daha sonra, həmin çantadakı çay qutusunun içərisində olan quru çayın arasında isə sellofan paketdə 94 ədəd metadon adlı həbb aşkar olunub.
Bundan başqa, D.Qaraşovun üzərində şəxsi yoxlama zamanı ondan daha 4 ədəd metadon adlı həbb aşkar edilərək götürülüb.
Xatırladaq ki, metadon adlı həbb “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və cəmi 98 ədəd həbbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 3,92 qram təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı