Azərbaycan İdeyası

8 yaşlı uşağın ölümünə görə həkimlər prokurorluğa çağırıldı

Tarix:20-10-2017, 11:33
Baxış Sayı:531

  8 yaşlı uşağın ölümünə görə həkimlər prokurorluğa çağırıldı


Akademik Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin cərrah həkimləri 8 yaşlı Şölə Kərimovanın ölümü ilə bağlı prokurorluğa çağırılıb.
Bu barədə Modern.az-a Akademik Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin baş həkimi Yusif Əliyev məlumat verib. Baş həkim hazırda Səhiyyə Nazirliyi tərəfindən araşdırmaların davam etdiyini bildirib:
“Həm nazirlik, həm də prokurorluq tərəfindən araşdırma aparılır. Araşdırmalar yekunlaşdıqdan sonra suallarınızı ətraflı cavablandıracağam. Uşağın meyitinin yarılıb-yarılmaması ilə prokurorluq məşğuldur. Yalnız onu deyə bilərəm ki, əməliyyata girən həkimlə prokurorluğa çağırılıb, ifadələri alınıb”.
Y.Əliyev deyib ki, heç bir həkim səhlənkarlığından söhbət getmir:
“Əvvəlcədən razılaşdırılmışdı. Valideynləri əməliyyatın riskli olması ilə bağlı razılıq ərizəsinnin altına imza da atıblar. Uşaq əməliyyat belə olunmayıb, xırda bir manipulyasiya sonrası dünyasını dəyişib. Mənim sifarişim əsasında Səhiyyə Nazirliyindən permanent katater gətirilib. Əməliyyata tibb elmləri namizədi, böyük elmi işçi və Moskvada permanent katater qoyulmasının kursunu keçib sertifikat almış həkim Eldar Əliyev girib. Ümumiyyətlə permanent katater qoyulması açıq ürək əməliyyatından da riskli bir əməliyyatdır. Ona görə də bizdə permanent kateter anju aparatının altında qoyulur. Bu da elə bir aparatdır ki, onun dörd monitoru var və əməliyyatın gedişi boyunca xəstənin bütün göstəriciləri gözünün qarşısında olur. Katateri yeridəndə ürəkdə fibrilyasiya olub və ürək dayanıb. Həyata keçirilən reanimasyon tədbirlər heç bir nəticə verməyib”.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı