Azərbaycan İdeyası

Bakıda avtomobillərdən oğurluq edən şəxs tutuldu

Tarix:2-11-2015, 13:39
Baxış Sayı:588

Faktla bağlı araşdırma aparılır.
Bakıda avtomobillərdən oğurluq edən şəxs tutulub.
Bakı şəhər Baş Polis İdarəsindən Oxu.Az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyi, Təhlükəsiz Şəhər Xidməti, Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi, Suraxanı rayon Cinayət-Axtarış Şöbəsi, 33-cü Polis Bölməsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 1-nə keçən gecə Yeni Günəşli qəsəbəsində yaşayan Esmira Cəfərovaya məxsus “Hyundai” markalı avtomobildən şüşəni sındırmaqla müşahidə kamerası, avtomobilin texniki pasportu, sürücülük və şəxsiyyət vəsiqələri oğurlamaqda, Samir Ağayevə məxsus “BMW” markalı avtomobildən, şüşəni sındırmaqla oğurluğa cəhddə şübhələ bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1994-cü il təvəllüdlü Emil Miriyev idarə etdiyi “Runna” markalı avtomobildə saxlanılıb.
Onun idarə etdiyi avtomobilə baxış zamanı 11 qramdan artıq qurudulmuş marixuana götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, o, oktyabrın 29-na keçən gecə Yeni Günəşli qəsəbəsində yaşayan İlkin Yusubova məxsus “Chevrolet-Cruze”, Ramil Əliyevə məxsus “Mercedes”, Bahadur Beydiyevə məxsus “Niva”, Rafiq Kərimova məxsus “Mercedes” markalı avtomobillərdən, şüşəni sındırmaqla mobil telefon, pul, səsgücləndirici, maqnitafon və digər əşyalar oğurlayıb.
Rizvan Həsənova məxsus “Toyota-Prado” markalı avtomobildən isə, şüşəni sındırmaqla oğurluğa cəhd edib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı