Azərbaycan İdeyası

Bakıda qatar avtobusla toqquşdu: ölən var - YENİLƏNİB

Tarix:1-10-2018, 16:59
Baxış Sayı:242

  Bakıda qatar avtobusla toqquşdu: ölən var - YENİLƏNİB

Bakının Binə qəsəbəsində 160 nömrəli marşrut avtobusunun yük qatarı ilə toqquşması nəticəsində yaralananların sayı 33 nəfərə çatıb.

Oxu.Az-a bu barədə Səhiyyə Nazirliyindən bildiriblər.

15:59

Dəhşətli qəza nəticəsində yaralananların sayı 27 nəfəri ötüb.

Bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

15:31

Bakıda baş verən ağır qəzada yaralananların sayı artıb.

Səhiyyə Nazirliyindən Oxu.Az-a bildirilib ki, hadisə nəticəsində 20 nəfər xəsarət alıb.

Onlardan onu kişi, yeddisi qadın, üçü isə uşaqdır. Hadisə nəticəsində dünyasını dəyişən azyaşlı oğlandır.

15:13

Bakının Binə qəsəbəsində 160 nömrəli marşrut avtobusu yük qatarı ilə toqquşub.

Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, hadisə yerinə 10 təcili tibbi yardım briqadası cəlb edilib.

Səkkiz yaralı Sabunçuda yerləşən 3 saylı şəhər klinik xəstəxanasına aparılır.

Yaralılardan biri xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

14:56

Bakının Binə qəsəbəsində 160 nömrəli marşrut avtobusu yük qatarı ilə toqquşub.

Hadisə şahidlərinin Oxu.Az-a verdiyi məlumata görə, qəza nəticəsində qatarın teplovozu yoldan çıxıb, avtobus sərnişinləri arasında yaralananlar var.

Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə Xəzər rayonu Binə qəsəbəsində baş verib:

“14.35 radələrində 160 saylı marşrut avtobusu həmin ərazidəki qorunan dəmiryolu keçidində yük qatarı ilə toqquşub. İlkin məlumata görə, xəsarət alanlar var. Hadisə ilə bağlı araşdırma aparılır”.

Xəbər yenilənəcək.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı