Azərbaycan İdeyası

Gəncə icra Gəncə icra başçısının müavini: “İki ailə dağıntılar altında qalıb” – VİDEO başçısının müavini: “İki ailə dağıntılar altında qalıb” – VİDEO

Tarix:20-11-2018, 13:09
Baxış Sayı:255


Gəncə icra Gəncə icra başçısının müavini: “İki ailə dağıntılar altında qalıb” – VİDEO başçısının müavini: “İki ailə dağıntılar altında qalıb” – VİDEO

Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı iki ailə dağıntılar altında qalıb.
Bunu “Report”-a açıqlamasında Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini, şəhər Fövqəladə Hallar Komissiyasının sədri Mikayıl Zeynalov deyib.
O bildirib ki, ərazidə xilasetmə işləri davam etdirilir: “Bu gün səhər saatlarında Gəncə Şəhər İcra Hakimiyyətinə yaşayış binasında uçqun olması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə əməkdaşlarımız tərəfindən baxış keçirilib. Xilasedicilər tərəfindən xilasetmə əməliyyatlarına başlanılıb, bütün lazımi texnikalar əraziyə cəlb olunub”.
M.Zeynalov əlavə edib ki, uçqun zamanı 4 mənzildə dağıntılar qeydə alınıb: “İlkin araşdırmalar nəticəsində məlum olub ki, iki evdə yaşayış olmayıb. Digər evlərdə yaşayan ailələrin kimlikləri dəqiqləşdirilir. Hazırda mütəxəssislər tərəfindən binaya baxış keçirilir. Əgər yaşayış binasındakı digər mənzillərdə yaşayan sakinlərin həyatı üçün təhlükə yaranarsa, onlar da təxliyyə edilərək başqa ərazilərə köçürüləcəklər”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı