Azərbaycan İdeyası

Azərbaycanda universitetin həyətində əl qumbarası tapılıb - FOTO

Tarix:22-11-2018, 14:24
Baxış Sayı:7 980


 Azərbaycanda universitetin həyətində əl qumbarası tapılıb - FOTO
Texnologiya Universitetinin (ATU) həyətyanı ərazisində əl qumbarası aşkar olunub. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, 2018-ci il 21 Noyabr tarixində saat 10:49-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 11:01-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Gəncə şəhəri, Kəpəz rayonu, Şah İsmayıl Xətai prospektində partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub.
Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə Azərbaycan Texnologiya Universitetinin (ATU) həyətyanı ərazisinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd DM-41 əl qumbarası aşkar olunub, daşınması təhlükəli olduğuna görə təhlükəsizlik tədbirləri görülməklə yerində zərərsizləşdirilib.
Əl qumbarasının tapıldığı yerin ətrafında 6 000 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

 Azərbaycanda universitetin həyətində əl qumbarası tapılıb - FOTO
 Azərbaycanda universitetin həyətində əl qumbarası tapılıb - FOTO
 Azərbaycanda universitetin həyətində əl qumbarası tapılıb - FOTO
 Azərbaycanda universitetin həyətində əl qumbarası tapılıb - FOTO
 Azərbaycanda universitetin həyətində əl qumbarası tapılıb - FOTO


OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı