Azərbaycan İdeyası

Məşhur akademikin nəvəsi Bakıda özünü asdı

Tarix:4-11-2015, 15:16
Baxış Sayı:410

Xəbər verildiyi kimi, dünən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda - Xaqani küçəsi ev 39, mənzil 12 ünvanında 1971-ci il təvəllüdlü Şahtaxtinski Əli Məhəmməd oğlunun bağlı qapı arxasında qalması barədə məlumat daxil olub.
"Korrupsiya və Qanun" qəzeti virtualaz.org-a istinadən bildirir ki, hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkar ediblər. Onun meyiti istilik batareyasından asılmış vəziyyətdə aşkar olunub.
Ə.Şahtaxtinskinin cəsədi aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 19:51-də başa çatıb.
Araşdırmalar nəticəsində məlum olub ki, Əli Şahtaxtinski oktyabr ayının 10-dan itkin düşüb və ayın 23-dən barəsində axtarış elan edilib. O, Xaqani küçəsindəki mənzildə kirayə yaşayırmış.
Vesti.az isə xəbər verir ki, Əli Şahtaxtinski məşhur akademik Toğrul Şahtaxtinskinin nəvəsidir. T.Şahtaxtinski AMEA-nın Kimya Problemləri İnstitutunun direktorudur.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı