Azərbaycan İdeyası

Zəlzələ nəticəsində xəsarət alanların sayı açıqlandı - YENİLƏNİB

Tarix:6-02-2019, 14:15
Baxış Sayı:225

 Zəlzələ nəticəsində xəsarət alanların sayı açıqlandı - YENİLƏNİB
Ötən gecə baş verən zəlzələ ilə əlaqədar Şamaxıda xəstəxanaya müraciət edən bütün xəstələr ambulator müalicəyə buraxılıb.

Bu barədə Oxu.Az-a açıqlamasında Şamaxı Şəhəri Mərkəzi Xəstəxanasının baş həkimi Səməd Fətəliyev deyib.

Onun sözlərinə görə, müraciətlər əsasən şəkər, hipertoniya, ürəyin işemik xəstəliyi ilə bağlı olub:

“Təxminən 30 nəfər müraciət edib. Onların üçünün vəziyyəti ağır olub. Bütün xəstələr müvafiq yardım göstərilib”.

 Zəlzələ nəticəsində xəsarət alanların sayı açıqlandı - YENİLƏNİB

Ötən gecə baş verən zəlzələ ilə əlaqədar Şamaxıda xəstəxana gücləndirilmiş rejimdə işləyib.

Bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilir ki, təcili yardıma 30 müraciət daxil olub.

“Üç nəfər travmatologiya şöbəsinə çatdırılıb. Bir nəfərə qolun sınığı, digər iki nəfərə ayaqlarının əzilməsi diaqnozu qoyulub. Xəsarət alanlara travmatologiya şöbəsində lazımi yardım göstərilib. Digər çağırışlar həyəcandan təzyiqi qalxanlarla əlaqəli olub”, - deyə məlumatda vurğulanır.

Nazirlikdən verilə məlumatda qeyd olunur ki, bir nəfər cavan adamın həyəcandan dili tutulub:

“O da yardım göstərildikdən sonra normal vəziyyətə gətirilib və evinə buraxılıb. Daha bir nəfərin həyəcandan beyninə qan sızıb. 58 yaşı var, reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti ağır qiymətləndirilir”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı