Azərbaycan İdeyası

Natiq Əliyev Türkiyəyə aparıldı – Səhiyyə Nazirliyi (Yenilənib)

Tarix:5-06-2017, 15:48
Baxış Sayı:319

 Natiq Əliyev Türkiyəyə aparıldı – Səhiyyə Nazirliyi (Yenilənib)


Ötən gün səhhətində problem yaranan energetika naziri Natiq Əliyev Türkiyəyə aparılıb
Bu barədəSəhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, gecə saatlarında nazirin ailəsi onun müalicəsini davam etdirmək üçün Türkiyəyə aparıb.

Qeyd edək ki, ötən gün ürəyində problemlər yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi. N.Əliyev xəstəxanaya gətirilən zaman vəziyyəti ağır olub. Onun ürəyinə stendlər qoyulub.

***

Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmiş energetika naziri Natiq Əliyevin vəziyyəti ağır-stabildir.

Mərkəzi Neftçilər Xəstəxanasından APA-ya bildirilib ki, N. Əliyev xəstəxanaya gətirilən zaman vəziyyəti ağır olub.

Hazırda N. Əliyev reanimasiya şöbəsindədir, ürəyinə stendlər qoyulub. Yerli və xarici mütəxəssislərin iştirakı ilə konsilum aparılır və konsilumun nəticələrinə uyğun olaraq müvafiq addımlar atılacaq.

***

Azərbaycanın energetika naziri Natiq Əliyev xəstəxanaya yerləşdirilib.
Korrupsiiiiiiya-q.az Lent.az saytına istinadla bildirir ki, nazir dünən səhər saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına gətirilib. Ürəyində ciddi problemləri olan N.Əliyev xəstəxananın Kardo-reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan nazirin hazırda reanimasiya şöbəsində müalicə olunduğunu təsdiqləyiblər. Bildirilib ki, o, kardioloqların və reanimatoloqların nəzarətindədir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı