Azərbaycan İdeyası

Azərbaycanda dəhşətli yanğında ata və oğulun meyitləri tapıldı - ŞOK TƏFƏRRÜAT - VİDEO

Tarix:7-03-2019, 16:28
Baxış Sayı:252

Azərbaycanda dəhşətli yanğında ata və oğulun meyitləri tapıldı - ŞOK TƏFƏRRÜAT - VİDEO

Xaçmazda ata və oğulun ölümü ilə nəticələnən yanğın baş verib.
ARB TV xəbər verir ki, hadisə rayonun Yalama kəndində baş verib. Yanğın nəticəsində 35 yaşlı Əjdər Qədirov və 5 yaşlı oğlu Taleh Qədirov yanaraq dünyasını dəyişib.
Şirxanım Qədirova – Əjdər Qədirovun anası: "Bir uşaq tüstüdən güclə çıxıb gəldi. Mənə dedi ki, nənə, ev yanır. Mən gedəndə ev yanmışdı".
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğın söndürən maşının və işçi qüvvəsi cəlb olunub. Yanğın söndürülsə də evdə qalan iki nəfərin həyatını xilas etmək mümkün olmayıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi Əjdər Qədirovun və oğlu Taleh Qədirovun yanmış meyitləri aşkar edilib.
Almas Canmirzəyev – Əjdər Qədirovun qohumu: "Nədən olduğu bilinmir. Özü siqaret çəkən olub. Uşaqlar dan biri də hadisədən əvvəl sobada od qalayıb. 3 oğlu var. Uşaqlardan biri nənəsi ilə yatırmış. Yanan evdə iki oğlu ilə olub. Anası elə bilib mağazadadırlar. Yanğın söndürənlər gələndən sonar biliblər ki, onlar evdə imiş".
Hadisə zamanı həlak olan Əjdər Qədirov 3 oğul və 1 qız atası olub.
Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı