Azərbaycan İdeyası

Balıqçılardan birinin də meyiti tapıldı.

Tarix:12-11-2015, 14:14
Baxış Sayı:415

Xəzər dənizinin Xaçmaz sahilində itkin düşən 3 balıqçıdan daha birinin meyiti tapılıb.

"Korrupsiya və Qanun" qəzetinin məlumatına RTV (Region TV)-yə istinadən xəbər verir ki, balıqçı İlqar Daşdəmirovun meyidi dənizin Niyazabad kəndi sahilində aşkar edilib. Qeyd edək ki, noyabrın 4-də Xəzər dənizinin şimal sahilində içərisində 3 nəfərin olduğu balıqçı qayığı ilə əlaqə kəsilib. Bir gün sonra onlardan birinin, Tikanoba kənd sakini Həmzə Nurəddinovun meyidi sahildən 500 metr içəridə aşkar edilib. Meyit Xəzər dənizinin Şabran rayonunun Çayqaraqaşlı kəndi istiqamətində tapılıb. Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin xilasediciləri tərəfindən tapılan meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Digər itkin düşən balıqçı Laçın Laçınov axtarışları davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı