Azərbaycan İdeyası

Azərbaycanda xəstəxanaya HÜCUM: həkimlər döyüldü - FOTO

Tarix:14-10-2019, 13:14
Baxış Sayı:111



Şirvan Şəhər Xəstəxanasında dağıntılarla müşayiət olunan insident baş verib.
Hacıqabulda baş vermiş avtoqəzada xəsarət alan sürücünün xəstəxanada dünyasını dəyişməsindən sonra onun yaxınları dağıntılar törədib, tibb işçilərini döyüblər.
Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində avtoqəza zamanı ağır-kəllə beyin travması alan Füzuli sakini, 52 yaşlı Hüseynov Qəfər Qənimət oğlu axşam saatlarında xəstəxananın Reanimasiya şöbəsində dünyasını dəyişib. Hadisədən qəzəblənən mərhumun yaxınları şöbənin və xəstəxananın qapılarının şüşələrini sındırıb, palataya hücum edərək komatoz vəziyyətdə olan xəstənin qolundakı sistem iynəsini sındırıblar, həkimləri və sanitar xidmətçiləri döyüblər.
Hazırda Şirvan Şəhər Polis Şöbəsinin təhqiqatçıları xuliqanlıq hadisəsi ilə əlaqədar araşdırma aparırlar. Ölən şəxsin meyiti isə müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təhvil verilib.
Qeyd edilir ki, qəzada xəsarət alan sürücü kritik vəziyyətdə, ağır kəllə-beyin travması, beyninin daxilinin kəskin əzilməsi diaqnozu ilə Reanimasiya şöbəsinə daxil olub və eyni zamanda bundan əvvəl də açıq ürək əməliyyatı keçirib. (APA)

Azərbaycanda xəstəxanaya HÜCUM: həkimlər döyüldü - FOTO
Azərbaycanda xəstəxanaya HÜCUM: həkimlər döyüldü - FOTO
Azərbaycanda xəstəxanaya HÜCUM: həkimlər döyüldü - FOTO

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı