Azərbaycan İdeyası

Bakıda hündürmərtəbəli binada yanğın baş verdi, 10 nəfər zəhərləndi - FOTO/VİDEO - YENİLƏNİB

Tarix:15-11-2019, 11:27
Baxış Sayı:117




İkibloklu binanın mansard hissəsi təxminən, 180-200 kv/m ərazidə yanıb.
Korrupsiya-q.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Qərargahının rəisi Əkbər Novruzov deyib.
Onun sözlərinə görə, 18-ci mərtəbədə yerləşən 6 mənzildən dördünün mansardı təxminən, 20 kv/m, 2 mənzilin isə həm mansard, həm də daxilində olan yanar konstruksiyaları, 60 kv/m sahədə yanıb:
“Eyni zamanda, binanın birinci mərtəbəsindən on səkkizinci mərtəbəsinə qədər şaxta hissəsindən keçən naqillər təxminən, 60 p/m sahədə yanıb. Əraziyə 2-ci dərəcəli çağırış elan edilib. Bakı qarnizonunun 15 yanğınsöndürmə avtomobili və 64 nəfər briqada heyəti cəlb edilib. Bina sakinləri təxliyə edilib, mənzil və mansardlarda olan yanar konstruksiyalar sökülərək yanğının qarşısı alınıb”.
Ə.Novruzov bildirib ki, yanğının baş verməsinə ilkin ehtimal şaxtadan keçən naqillərdə həddən artıq yüklənmə səbəbindən yaranan qısaqapanmanın mansardda olan naqillərə keçməsi olub:
“Mansardda olan 6 mənzildən 5-i xeyli zərər görüb, həmin mənzillərdə yaşayanlar arasında xəsarət alanlar var və onlara əraziyə çağırılan təcili tibbi yardım briqadaları ilkin tibbi yardım göstərib. Yanğın zamanı FHN-in əməkdaşlarından xəsarət alan olmayıb. Ümumilikdə isə hadisə zamanı 10 nəfər tüstüdən zəhərlənərək xəsarət alıb. Onlardan 4 nəfərə yerində ilkin tibbi yardım göstərilib, digər zərərçəkənlər isə Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib”.
Hadisə zamanı xəsarət alanların siyahısı:
1965-ci il təvəllüdlü Salmanova Şəfəq Şabəddin qızı;
Onun bacısı, 1968-ci il təvəllüdlü İsmayılova Şəlalə Şabəddin qızı;
32 yaşlı Əliyev Zaur Arzuman oğlu;
Onun həyat yoldaşı, 1987-ci il təvəllüdlü Əliyeva Səbinə Asif qızı;
Onların övladları: 2013-cü il təvəllüdlü Əliyeva Ayan Zaur qızı; 2016-cı il təvəllüdlü Əliyeva Aliyə Zaur qızı; 2018-ci il təvəllüdlü Əliyev Asim Zaur oğlu;
33 yaşlı Tağıyeva Sevinc Əbilfəz qızı;
Onun övladları: 2008-ci il təvəllüdlü Tağıyev Əhməd Rəşad oğlu; 2014-cü il təvəllüdlü Tağıyeva Elay Rəşad qızı. Xətai rayonunda hündürmərtəbəli binada yanğın hadisəsi baş verib.
Korrupsiya-q.az xəbər verir ki, yanğın “Neapol” dairəsi, Neapol küçəsi 16 ünvanında qeydə alınıb.
Yanğın 18 mərtəbəli yaşayış binasının damında baş verib. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xətai rayonu üzrə yanğınsöndürmə briqadaları və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib.
Bina sakinləri təxliyə edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.
İlkin məlumata əsasən, yanğına səbəb naqillərdə yaranan qısa qapanma olub. Daha sonra alov mansarda keçib.
Yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənib. Onlardan 4 nəfərə yerində ilkin tibbi yardım göstərilib, 6 nəfər Respublika Toksikologiya Mərkəzinə aparılıb.

  Bakıda hündürmərtəbəli binada yanğın baş verdi, 10 nəfər zəhərləndi - FOTO/VİDEO - YENİLƏNİB




OXŞAR XƏBƏRLƏR
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda yeni Mərkəz yaradıldı
Azərbaycanda yeni Mərkəz yaradıldı
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA