Azərbaycan İdeyası

Yanan ticarət mərkəzinin sahibi KIMDİR? – ŞOK DETALLAR

Tarix:11-12-2019, 12:43
Baxış Sayı:144


Binəqədi ərazisində yerləşən və hazırda yanan "EuroHome” ticarət mərkəzi “AF Holqinq”ə daxildir.
Yenisabah.az xəbər verir ki, holdinqin rəhbəri Azay Möhnətovdur. Holdinq 1991-ci ildən fəaliyyət göstərir. Holdinq haqqında açıq mənbələrdəki məlumata görə, bura 16 şirkət daxildir:

1.“AF Bank” - VTB Bankın əvvəlki adıdır və hazırda 51% payla VTB Bank tərəfindən idarə olunur.

2. Everton

3. Uğur 97

4. Muradlı

5. AFSAN Plastik

6. AF Pen

7. AF Pilsa AF Holdinqlə Sabancı Holdinq arasında tərəfdaşlıq.

8. AF Business House

9. AF Euro Home

10. Aqua Park Baku

11. AF Hotel Aqua Park

12. Aqua Park Shikhov

13. AF Mall

14. AF Com Plaza

15. AF Com Center

16. AzİnTran

Azay Möhnətova gəlincə, tikinti biznesi ilə məşğul olan iş adamı kimi təqdim edilir. Azay Möhnətov eyni zamanda

Azərbaycan Memarlar Birliyinin üzvüdür.

Bu ilin mart ayında media Azay Möhnətovun vergidən yayınması barədə material dərc edib. Həmin yazıda Azay Möhnətovun QHT-lərə Dövlət Dəstəyi Şurasının prezidenti, deputat Azay Quliyevin adından istifadə etməsi iddia edilir. Lakin Azay Möhnətov bu iddianın əsassız olduğunu, ona qarşı məqsədli şəkildə qarayaxma kampaniyası aparıldığını bildirib.

Bəzi iddialara görə, Azay Möhnətov “AF Holdinq” kimi iri şirkətlər qrupunu güclü himayədarı olmadan idarə edə bilməz.

“EuroHome”yə gəlincə, reyestr məlumatlarında bu ticarət mərkəzinin MMC kimi 2 iyul 1999-cu ildə dövlət qeydiyyatına alındığı göstərilir. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, ev 1-də yerləşən MMC-nin nizamnamə kapitalı 306 min 548 manatdır. “EuroHome” ticarət mərkəzinin qanuni təmsilçisi isə Məmmədov Samir Lətif oğludur. Açıq mənbələrdə onunla bağlı hər hansı məlumat yoxdur.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı