Azərbaycan İdeyası

Keçmiş məhkumlar "iş başında" yaxalandılar

Tarix:16-12-2019, 15:42
Baxış Sayı:117



Göyçayda oğurluğa cəhd edilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az -a verilən məlumata görə, hadisə rayonun Qarayazı kəndində qeydə alınıb. Göyçay rayon Polis Şöbəsinin əməkdaşları xidmətdə olan zaman istismarı dayandırılmış elektrik naqillərinin 2 nəfər şəxsin oğurluq məqsədilə kəsdiyini müəyyən edərək, onları elə “iş başında” yaxalayıblar.
Dərhal əraziyə əməliyyat-istintaq qrupu cəlb olunub. İlkin araşdırma zamanı naqilləri oğurlamaq istəyən şəxslərin İsmayıllı rayonu, Qubaxəlilli kənd sakinləri-əvvəllər məhkum olunmuşlar Natiq Həsəni və Oqtay Şirinov olduqları müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətiriliblər. Oğurluq məqsədilə kəsilmiş naqillər və dəmir kəsən alətlər həmin ərazidən maddi sübut kimi götürülüb.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsində araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı