Azərbaycan İdeyası

Bakıda ana və qızının öldürülməsi ilə bağlı ŞOK FAKTLAR – QATİL HARADADIR?

Tarix:17-12-2019, 13:11
Baxış Sayı:88




Dekabrın 13-də Bakıda mənzildə ana və qızını amansızlıqla öldürən şəxs ölkədən qaçıb.
Bakıxanov qəsəbəsi ərazisində yerləşən çoxmərtəbəli binada 1968-ci il təvəllüdlü Fatma Həmzəyeva və 1994-cü il təvəllüdlü qızı Elgün Niftizadəni çoxsaylı bıçaq zərbəsi ilə öldürən şəxsin ailənin oğlu Murad Niftizadə olması müəyyənləşdirilib.
Məlum olub ki, M.Niftizadə Biləsuvar rayonundan Bakıya gələrək ana və bacısının kirayədə yaşadığı evi tapıb. O, hər iki şəxsi evdə bıçaqlayaraq öldürüb və daha sonra mənzilin qapısını bağlayaraq taksi ilə Qusar rayonuna gedib. M.Niftizadə Samur keçid məntəqəsindən Rusiya ərazisinə keçib.
Bildirilir ki, qadınların qətlə yetirilməsi barədə hüquq-mühafiz orqanlarına məlumat hadisədən təxminən 10 saat sonra daxil olub. Bu səbəbdən də qatilin ölkəni tərk etməsinə maneə olmaq mümkün olmayıb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Cinayəti törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir. (publika.az)

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı