Azərbaycan İdeyası

Bakı metrosunda problem: Sıxlıq yarandı

Tarix:20-12-2019, 10:58
Baxış Sayı:133

Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.
Korrupsiya-q.az xəbər verir ki, bu barədə “Bakı metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Bildirib ki, bu gün səhər saat 07:00 radələrində “İçərişəhər” stansiyasında bir qatarda texniki nasazlıq yaranıb: “Sərnişinlər boşaldılıb və qatar depoya göndərilib. Nəticədə metronun “qırmızı xətt” istiqamətində, yəni “İçərişəhər” xətti ilə hərəkət edən qatarların intervalında 8 dəqiqəyə qədər gecikmə yaranıb. İntervalın pozulması iki qatar arasında olub. Təəssüf ki, bu ümumilikdə digər stansiyalarda da sərnişin sıxlığına səbəb olub.
Hazırda iki qatar arasında yaranan gecikmənin və ümumilikdə stansiyalarda qatarların qrafik üzrə hərəkətinin təmin olunması üçün tədbirlər görülür. Qısa müddətdə problem aradan qaldırılacaq”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı