Azərbaycan İdeyası

Gənc heykəltəraş şəhid polkovnikimizin barelyefini hazırladı - VİDEO

Tarix:6-08-2020, 13:01
Baxış Sayı:327


Beyləqandan olan gənc heykəltəraş Təbriz Soltanlı şəhid polkovnik İlqar Mirzəyevin barelyefi üzərində işləyir. Qeyd edək ki, o, bundan öncə şəhid general Polad Həşimovun büstünü hazırlayıb.
Baku TV xəbər verir ki, əslən Beyləqan rayonundan olan və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dördüncü kurs tələbəsi Təbriz Soltanlı erməni silahlı qüvvələrinin Tovuz təxribatından sonra şəhidlərimizin xatirəsini əbədiləşdirməyi qarşısına məqsəd qoyub.
Müsahibimiz əvvəlcə şəhid general-mayor Polad Həşimovun büstünü ərsəyə gətirib. Gənc heykəltəraş deyir ki, büstü hazırlayarkən əsas məqsədi generalın üzündəki nuru ifadə etmək olub və o, buna nail olub.
Daha sonra şəhid polkovnik İlqar Mirzəyevin barelyefini hazırlamağı qərara alıb. Artıq barelyefin gillə işlənmə mərhələsi başa çatıb.
Qeyd edək ki, gənc heykəltəraşın vətənpərvərlik hissləri ilə ərsəyə gələn bu əsərlər onun ilk işləri deyil.
2012-ci ildə şəhid Mübariz İbrahimovun kompozisiyasını hazırlayan Təbriz Soltanlı, həmçinin, Mikayıl Müşfiqin kiçik ölçüdə büstünün, Əhməd Cavadın portret heykəlinin, Səməndər Rzayevin büstünün müəllifidir.


OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı