Azərbaycan İdeyası

DİN "Aşura" mərasimi ilə bağlı məlumat yaydı

Tarix:31-08-2020, 15:00
Baxış Sayı:150


Bu qərar Ermənistandakı mövcud demoqrafik şəraitə görədir və Dağlıq Qarabağda bilirik ki, təmas xəttində düşmən əsgər çatışmazlığı problemi yaşayır.

Bunu Milli.Az-a müsahibəsində ehtiyatda olan polkovnik Şair Ramaldanov Ermənistanda "Müdafiə haqqında" qanuna dəyişikliklərin ictimai müzakirəyə çıxarılması məsələsini şərh edərkən deyib.
O bildirib ki, Azərbaycanın öz torpaqlarını azad etməsi ilə bağlı sərt açıqlamaları və əsasən də Türkiyə ilə birgə təlimlər əhalinin Ermənistandan axınını sürətləndirdi:
"Aprel hadisələrindən sonra əhalinin çoxunun yaşayış məntəqələrini tərk etməsi nəticəsində ön xətdə bu, müəyyən bir şəkildə problemə gəlib çıxartdı. Müvəqqəti olaraq bir ara da polis və Daxili Qoşunların vasitəsilə onlar bir müddət o boşluqları doldurmağa çalışdılar. Ancaq o da daimi deyil. Azərbaycanın öz torpaqlarını azad etməsi ilə bağlı sərt açıqlamaları və əsasən də Türkiyə ilə birgə təlimlər, Türkiyənin sərt çıxışları Ermənistan tərəfi nə qədər qarşısını almaq istəsə də əhalinin Ermənistandan axınını sürətləndirdi və bu haqda artıq erməni mətbuatında da məlumatlar var. Yəni, bu fonda könüllü hərbi dəstələrin yaranması təəccüblü görünmür. O dəstə nə deməkdir, hələ ki bilinmir. "Könüllü" muzdlu" ifadəsi ilə sinonimdir. Bunlar "könüllü" adı ilə "muzdlu"nu müəyyən bir şəkildə ört-basdır etmək istəyirlər. Könüllü heç kim gedib pulsuz xidmət etməyəcək. Ermənistan hakimiyyəti də "könüllü" sözünü ortaya ataraq "muzdlu" sözünü müəyyən bir şəkildə gizlətmək məqsədi daşıyır. Ona görə də "könüllü" deyəndə bilmirik ki, "Könüllü Ermənistan vətəndaşı" yazılıb, yaxud yox. Könüllü ola bilsin ki, kimsə ora daxil oluna bilər. Biz o məhdudiyyətləri bilmirik. Ancaq bu "muzdlu" sözü ortaya gəlib, bu fikirlər ortaya gələndə belə çıxır ki, mən başqa bir dövlətin nümayəndəsi olsam da, könüllü müraciət edirəm və mənim müraciətimə baxılır və mən həmin hərbi dəstəyə qəbul olunuram".
Polkovnik qeyd edib ki, Ermənistan dövləti bu addımı ilə bir daha göstərir ki, işğalçı niyyətindən əl çəkmək istəmir:
"Mənə elə gəlir ki, Ermənistanda "Müdafiə haqqında" qanuna dəyişikliyə əsasən, ölkədə hərbi könüllü dəstələrin yaradılması istəyi daha çox muzdluların fəaliyyətini hərbi xidmətdə qanuniləşdirmək üçün atılan bir addımdır. Bilirik ki, indi Suriyadan, Livandan ermənilər Dağlıq Qarabağa köçürülürlər. Onlar bununla istəyirlər ki, müəyyən bir şəkildə hərbidə yaranan boşluqlarını doldursunlar. Ona görə də bu saat "Müdafiə haqqında" qanuna dəyişiklik müzakirə olunur. Müzakirədən sonra məlumat çox olduqca biz daha detallı biləcəyik. Bir tərəfdən Ermənistanın Silahlı Qüvvələrində insan çatışmazlığı var və bu çatışmazlığın müəyyən bir şəkildə qarşısını almaq üçün Ermənistan hakimiyyəti bu addımı atır. Digər tərəfdən, Ermənistan dövləti bu addımı ilə bir daha göstərir ki, işğalçı niyyətindən əl çəkmək istəmir və bu addım daha çox Dağlıq Qarabağda olan hərbi hissələri komplektləşdirərək Dağlıq Qarabağı əlində saxlamaq üçün və ola bilsin Dağlıq Qarabağı gələcəkdə tanımaq üçün atılan bir addımdır. Ona görə, buna hazırlıq gedir. Çünki Azərbaycanın sərt mövqeyindən sonra, Türkiyənin bu regionda aktivləşməyindən sonra, Rusiyanın da müəyyən bir şəkildə bunu təmkinlə qəbul etdiyini nəzərə alsaq, Ermənistan ona görə bu addımı atır. Düşünürəm ki, bundan sonra təmas xəttində xidmət aparmaq üçün muzdluların digər dövlətlərdən Ermənistana gəlməsi üçün şərait yaranacaq, hüquqi baza yaranacaq və biz sabah döyüşlərdə I Dağlıq Qarabağ müharibəsində olduğu kimi muzdlu əsgərlərlə döyüşməli olacağıq. Burada görünün bir şey var, bu addımı daha çox gələcəkdə Dağlıq Qarabağda gedəcək döyüşlərə hazırlıq prosesi kimi qəbul etmək lazımdır".

OXŞAR XƏBƏRLƏR
Sabirabadda polisin “malaladığı” rəzalət: Xuliqanlığını ört-basdır etmək üçün on dörd yaşlı qızın adını dilə-dişə saldı
Sabirabadda polisin “malaladığı” rəzalət: Xuliqanlığını ört-basdır etmək üçün on dörd yaşlı qızın adını dilə-dişə saldı
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvü alıb – aldatma ilə məşğuldur
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvü alıb – aldatma ilə məşğuldur
Birinci Vitse-Prezidentə müraciət
Birinci Vitse-Prezidentə müraciət
BİNƏQƏDİ NEFT ŞİRKƏTİNƏ SATILAN MƏHKƏMƏ hakimi: “Hüququ pozulan şəxs polisdən, prokurorluqdan və mətbuatdan kömək gözləməməlidir”
BİNƏQƏDİ NEFT ŞİRKƏTİNƏ SATILAN MƏHKƏMƏ hakimi: “Hüququ pozulan şəxs polisdən, prokurorluqdan və mətbuatdan kömək gözləməməlidir”
İlham Əliyev – 63: Müzəffər Ali Baş Komandan
İlham Əliyev – 63: Müzəffər Ali Baş Komandan
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi faydasız qida əlavələri alverçiləri ilə bağlı sorğulardan niyə yayınır?
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi faydasız qida əlavələri alverçiləri ilə bağlı sorğulardan niyə yayınır?
Təlimçi müəllimi ölümlə hədələdi – Əfsanə Abdullayevanın arxasında duran “Əfsanə” kimdir?
Təlimçi müəllimi ölümlə hədələdi – Əfsanə Abdullayevanın arxasında duran “Əfsanə” kimdir?
Aldadıb ələ keçirdiyi pulu “bandotdelə” verdiyini dedi və “yoxa çıxdı”
Aldadıb ələ keçirdiyi pulu “bandotdelə” verdiyini dedi və “yoxa çıxdı”