Azərbaycan İdeyası

Böyük Mərcanlı həsrəti: “Qürurluyuq, ümid edirik ki, tez zamanda torpaqlarımıza qayıdacağıq” - FOTO

Tarix:28-09-2020, 11:28
Baxış Sayı:104


“Ümid edirəm ki, tezliklə öz dədə-baba yurdumuza qayıdacağıq”
Bu sözləri Oxu.Az-a Modern.az saytının baş redaktoru Əfqan Qafarlı ötən gün Azərbaycan Ordusunun keçirdiyi əks-hücum nəticəsində işğaldan azad edilən kəndlər barədə təəssüratlarını bölüşərkən deyib.
Azad olunan kəndlər arasında olan Cəbrayılın Böyük Mərcanlı kəndindən olan Ə.Qafarlı hisslərini sözlə ifadə edə bilmir:
“Azərbaycan Ordusu bizi qürurlandırır. Ötən gündən bəri hər kəs kimi mənim də sevincimin həddi-hüdudu yoxdur. Hərbiçilərimiz çox böyük qəhrəmanlıqla bir neçə kəndi işğaldan azad etdi. Mən özüm Böyük Mərcanlı kəndindən olduğum üçün əraziləri çox yaxşı tanıyıram. Böyük Mərcanlı kəndi ilə Cocuq Mərcanlı kəndi arasında Arazboyu ərazilərdə daha iki kənd – Çaxırlı və Mehdili yerləşir.
Ordumuzun keçirdiyi uğurlu əks hücum nəticəsində tək Cəbrayıllıların yox, bütün Azərbaycanın sevincinə səbəb olub. Bu bizim qələbəmizdir. İnsan hisslərini gizlədə bilmir. O torpaqlar bizim dədə-babalarımızın yurdudur. Orada hər birimizin əzizlərinin qəbirləri var. Arzumuz odur ki,tez bir zamanda torpaqlarımıza gedək və o yerləri ziyarət edək”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı