Azərbaycan İdeyası

Cocuq Mərcanlı minalardan təmizlənir - Son vəziyyət açıqlandı

Tarix:31-01-2017, 13:35
Baxış Sayı:420

 Cocuq Mərcanlı minalardan təmizlənir - Son vəziyyət açıqlandı
“Cocuq Mərcanlıda ilk olaraq tikiləcək evlərin və çəkiləcək yolların girişləri minalardan təmizlənir. Ərazidə texniki-tədqiqat işlərini tamamlamaq üzrəyik”.
Bunu hazırda Cocuq Mərcanlı kəndində olan ANAMA-nın baş əməliyyat mütəxəssisi Adil Aslanov deyib.
Onun sözlərinə görə, qarlı hava şəraiti onların işlərinə mane olduğundan müəyyən ləngimələr var. Bu səbəbdən hələ evlərdə təmizləmə əməliyyatlarına başlanılmayıb: “Dağılmış evlərin içərisində partlamamış hərbi-sursatların olması ehtimalı var. Həmin ərazilərdə xüsusi texnikalardan istifadə edərək təmizlənmə işlərini həyata keçirəcəyik. Əraziyə giriş yollarının təmizlənməsi işləri aparılır. Giriş xətlərinin açılmasını həyata keçirmişik. Hazırda ölçmə və işarələnmə işləri aparılır”, - deyə baş əməliyyat mütəxəssisi vurğulayıb.
Qeyd edək ki, Cocuq Mərcanlı kəndində minatəmizləmə əməliyyatlarının aparılacağı ərazinin ölçüsü müəyyənləşdirilib. Belə ki, 300 hektar ərazidə əməliyyatlar aparılacaq.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı