Azərbaycan İdeyası

"Bir neçə rayon işğaldan azad ediləcək" - Azərbaycan generalı

Tarix:7-07-2016, 22:49
Baxış Sayı:318

"Bir neçə rayon işğaldan azad ediləcək" - Azərbaycan generalı
Azərbaycanın aprel döyüşləri zamanı azad etdiyi əraziləri geri qaytarmaq istəyən erməni veteranlar silahı haradan əldə edəcəklər? Silahlar Müdafiə Nazirliyinin balansındadır. Həmin silahlar həm hərbi hissələrin, həm də nazirliyin anbarlarda yerləşdirilib. Həmin şəxslər hər hansı əmrə tabe olmadan, heç bir səfərbərlik olmadan hansı yolla ön xəttə gecəklər?”

Bu sözləri erməni veteranların Azərbaycana hücum edəcəkləri ilə bağlı bəyanatlarını şərh edən Müdafiə Nazirliyinin ehtiyatda olan hərbçisi, general-leytenant Yaşar Aydəmirov ANS TV-nin "Xəbərçi" verilişinin qonaq olarkən deyib. Onun sözlərinə görə, qarşı tərəfin keçmiş səhra komandirlərinin bu fikirləri reallıqdan uzaqdır və şou xarakterlidir:

"Bu reklam xarakteri daşıyan bir çıxışdır. Ermənistan hakimiyyəti sözsüz ki, bunun qarşısını almalıdır. Bu, anarxiyaya doğru atılan növbəti addımdır. Əgər söhbət ehtiyatda olan hərbçilərdən gedirsə, həmin hərbçilər səfərbərlik ehtiyatlarıdır və müdafiə nazirinin qərarından sonra orduya çağırıla və ön xəttə gedə bilərlər. Əgər onlar belə çıxışlar edə bilirlərsə deməli Ermənistanda müxtəlif tirəlik davam edir və məsələni həll etməyən müxtəlif qüvvələr var”.

General-leytenant onu da bildirdi ki, belə bir hal baş versə Azərbaycan Silahlı Qüvvələrinin ön xəttə duran hərbçiləri heç bir səfərbərlik elan etmədən, heç bir qüvvəni ön xəttə çəkmədən özləri cavab verəcəklər:

"Həmin veteranların bu addımı sadəcə Azərbaycana şans verəcək. Bu dəfəki addımda isə bir neçə strateji yüksəklik yox, bir neçə rayonu işğaldan azad ediləcək. Məgər bir bunu gözləmirik?”

Daha əvvəl Ermənistanda müxalif cərəyanlardan birinin rəhbəri Qaqerin Çukazyan, onun müavini Qurucan Avetisyan, veteranlardan ibarət "Şaqan batalyonu"nun keçmiş hərbçiləri Azərbaycana hücumla bağlı senssasion bəyənatla çıxış ediblər. Onların birinci Qarabağ müharibəsi veteranlarında ibarət 1000 nəfərlik könüllü yığması barədə məlumatlar da var.

Həmin hərbçilər bildiriblər ki, onlar Ermənistanın müdafiə naziri Seyran Ohanyanın qadağasına baxmayaraq Qarabağ cəbhəsindən hücum edib aprel döyüşləri zamanı itirilmiş 800 hektar ərazini azad etməyə hazırlaşırlar. Öz müraciətlərində veteranlar və könüllülər hətta bəyan ediblər ki, Ermənistan hakimiyyətinin müdaxiləsinə onlar hərbi yolla cavab verəcəklər.

OXŞAR XƏBƏRLƏR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
İlham Əliyev Malavi Prezidentini təbrik edib
İlham Əliyev Malavi Prezidentini təbrik edib