Azərbaycan İdeyası

"Rusiyanın “Su-24” təyyarəsini vurmaq qərarı göydə verilib”

Tarix:22-07-2016, 11:18
Baxış Sayı:286

"Rusiyanın “Su-24” təyyarəsini vurmaq qərarı göydə verilib”
Rusiya məxsus “Su-24” bombardmançı təyyarəsini vurmaq qərarını türkiyəli pilot özü verib. Bunu “Sputnik”ə müsahibəsində Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Yasin Aktay deyib.

“Təyyarəni vurmaq qərarı havada verilib. Bu cür qərarı pilot, gücdən istifadə etmək qaydalarını rəhbər tutaraq, özü verir. Lakin o, hava məkanını qısa müddətlik pozan və onu tərk etmək niyyətində olan təyyarəni vurmaya da bilər”, - deyə Yasin Aktay qeyd edib.

Bununla belə o, ölkənin hava məkanının pozulmasını və bu cür halların təkrarlanmasının yolverilməz olduğunu deyib: “Bizim gücdən istifadə qaydalarımızı şübhə altına qoymamaq üçün ölkə rəhbərliyi pilotun hərəkətlərini dəstəkləyib”.

Qeyd edək ki, bundan əvvəl Türkiyədə Rusiyaya məxsus “Su-24” təyyarəsini vuran pilotların saxlanıldığı bildirilib. Onların hərbi çevrilişə cəhdlə əlaqəli olduqları bildirilir.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı