Azərbaycan İdeyası

İşğaldan azad edilmiş Lələtəpədə qurban kəsildi - FOTOLAR

Tarix:6-09-2016, 11:12
Baxış Sayı:320

İşğaldan azad edilmiş Lələtəpədə qurban kəsildi - FOTOLAR
Silahlı Qüvvələrdə “Milli mənəvi dəyərlərə hörmət, dini radikalizmə nifrət!” devizi altında keçirilən silsilə tədbirlər aylığı davam edir.

BiG.AZ xəbər verir ki, respublikamızın Muğan bölgəsinin bir qrup ağsaqqalı aprel döyüşləri zamanı işğaldan azad edilmiş zirvələrdə olub və Vətənin igid oğulları ilə görüşüblər.

Əvvəlcə Lələtəpədə el qəbiristanlığı ziyarət edilib, 23 ildən çox Azərbaycan əsgərinin yolunu gözləmiş soydaşlarımızın ruhuna “Yasin” surəsi oxunub.

El ağsaqqallarını müşayiət edən Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani iştirakçısı olduğu aprel döyüşlərini xatırladaraq diqqətə çatdırıb ki, həmin günlər əsgərlərimiz qələbə qazanmaq əzmi ilə döyüşlərə atılıb və düşmən üzərinə od ələyiblər. Mövqelərimizə silahlı basqın etmiş ermənilər ordumuzun əks-həmlə ilə hücuma keçdiyini görüb silah-sursat və döyüş texnikalarını ataraq qaçmağa məcbur olublar.

Bildirilib ki, döyüşdə qəhrəmanlıqla həlak olanların, eləcə də şəxsi rəşadət və şücaət nümunələri göstərən döyüşçülərimizin xidmətləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib, onlara fəxri adlar verilib, orden və medallarla təltif olunublar.

Hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini polkovnik Elçin Kərimov bayram ərəfəsində əsgərlərə baş çəkdikləri, onlara dəyərli öyüd-nəsihətlər verdikləri üçün el ağsaqqallarına komandanlığın minnətdarlığını bildirib.

Tədbirdə Əməkdar Jurnalist Rəşid Faxralının “Lələtəpə” kitabı görüş iştirakçılarına hədiyyə edilib.

El ağsaqqalları Lələtəpədə qurbanlar kəsib, döyüşçülərə xalqımızı yeni-yeni qələbə müjdələri ilə bir daha sevindirməyi arzulayıblar.
İşğaldan azad edilmiş Lələtəpədə qurban kəsildi - FOTOLAR
İşğaldan azad edilmiş Lələtəpədə qurban kəsildi - FOTOLAR
İşğaldan azad edilmiş Lələtəpədə qurban kəsildi - FOTOLAR

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı