Azərbaycan İdeyası

"90-cı illərdə yaşanan gərginlik yenidən təkrarlana bilər" — Hərbi ekspert

Tarix:17-01-2017, 16:37
Baxış Sayı:259

"90-cı illərdə yaşanan gərginlik yenidən təkrarlana bilər" — Hərbi ekspert



Ermənistan cəbhə boyu təxribatlarını davam etdirir.
Əvvəllər daha çox işğal altındakı torpaqlarımız istiqamətindən atəşkəsi pozan düşmən tərəfi, atəşkəsi son vaxtlar daha çox iki ölkənin dövlət sərhədi istiqamətində pozur.
Dünən isə ermənilər Silahlı Qüvvələrimizin bölmələrinin dövlət sərhədinin Tovuz rayonu sahəsindəki mövqelərini "Şmel" tipli reaktiv odsaçandan atəşə tutub. Ermənilərin atdığı bu addım Azərbaycanı təxribata çəkmək və bununla da beynəlxalq aləmi Dağlıq Qarabağ problemindən yayındırmaq kimi qiymətləndirilir.
Ermənilərn son zamanlar həyata keçirdiyi təxribatlarla bağlı hərbi ekspert Üzeyir Cəfərov Ölkə.Az-a danışıb:
"Son günlərin hadisələri onu göstərir ki, məhz Ermənistan-Azərbaycan dövlət sərhədində çox böyük narahatçılıq yarana bilər. Hazırda baş verənlər bundan sonra yaşana biləcəklərin yanında çox xırda görünəcək.
Ermənilər 60, 82 və 120 mm minatanlardan istifadə edirdilər. Artıq dünən erməni tərəfi bizim mövqelərimizi "Şmel" reaktiv odsaçandan atəşə tutub. Məqsəd, məram tam aydındır. Ermənistan Azərbaycanı 2 dövlət sərhədi arasında təxribata çəkmək istəyir. Bütün cəbhə xətti boyu atəşkəsin pozulması barədə məlumat var. Azərbaycan Ermənistan dövlət sərhədində Tovuz, Qazax və Gədəbəy də artıq o siyahıya daxil edilib, bu istiqamətlərdə düşmənin aktivləşməsi Azərbaycanı açıq şəkildə təxribata cəlb etməkdir.
Əsgərimiz Çingiz Qurbanovun cansız bədəninin qaytarılmamasının ən əsas səbəblərindən biri də odur ki, onlar Azərbaycanı həm mənəvi cəhətdən yormaq, həm də açıq təxribata cəlb etmək istəyirlər.
Düşünürəm ki, yaxın günlərdə Tovuz, Qazax, Gədəbəy istiqamətində 90-cı illərdə yaşanan gərginlik yenidən təkrarlana bilər. Prinsip etibarı ilə Azərbaycan Müdafiə Nazirliyi buna hazırdır. Məsələ ilə əlaqədar göstərişlər, təlimatlar verilib. İstənilən halda son dərəcə diqqətli və ehtiyatlı olmaq lazımdır. Düşmən təxribatlarının sayı məhz bu istiqamətdə daha da artacaq. Murov dağ və açıq düzəngah, işğal edilmiş istiqamətlərdə ermənilər risk eləmirlər. İki ölkənin dövlət sərhədində bu təxribatı edirlər ki, Azərbaycan cavab atəşi açsın. Mərmilərdən birinin Ermənistan ərazisinə düşməyi kifayət edəcək ki, onlar böyük bir şou düzəltsinlər. Danışıqlar prosesi pozulsun, bivec ATƏT yenə işə qarışsın.
Ermənistanın ATƏT qarşısında iki ölkə prezidentini bir araya gətirmək kimi öhdəliyi var. Onlar bunu edirlər ki, iki ölkə prezidenti bir araya gəlsin.
Ötən illərin statistikasına və birinci Qarabağ müharibəsinin tarixinə baxanda görürük ki, yanvar ayında tərəflər arasında çox böyük gərginliklər baş verib. Ermənilər yanvar ayında böyük uğursuzluqlara düçar olublar, Horadiz əməliyyatı bunun bariz nümunəsidir".

OXŞAR XƏBƏRLƏR
Hava bu tarixdə normallaşacaq – RƏSMİ AÇIQLAMA
Hava bu tarixdə normallaşacaq – RƏSMİ AÇIQLAMA
Mart ayında iş və istirahət günlərinin yerləri dəyişdirildi
Mart ayında iş və istirahət günlərinin yerləri dəyişdirildi
14 dərəcəyədək şaxta var
14 dərəcəyədək şaxta var
Bu gün avtobuslar saat 21:30-dək işləyəcək
Bu gün avtobuslar saat 21:30-dək işləyəcək
Hazırda qar yağan rayonlar - FAKTİKİ HAVA
Hazırda qar yağan rayonlar - FAKTİKİ HAVA
Bakıya qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq
Bakıya qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq
İnzibati Xətalar Məcəlləsində dəyişiklik - Yeni cərimələr qüvvəyə mindi
İnzibati Xətalar Məcəlləsində dəyişiklik - Yeni cərimələr qüvvəyə mindi
"Bu hakerlərin ən çox istifadə etdiyi yoldur" - AÇIQLAMA
"Bu hakerlərin ən çox istifadə etdiyi yoldur" - AÇIQLAMA