Azərbaycan İdeyası

“Düşmən insanlığa sığmayan addımlar atır” - Ramaldanov

Tarix:27-02-2017, 15:08
Baxış Sayı:752

  “Düşmən insanlığa sığmayan addımlar atır” - Ramaldanov



“Şəhidlərin nəşinin götürülməsinə mane olmaq insanlığa sığmır. Bu, ermənilərin vəhşiliyindən xəbər verir”.
Bunu hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. O, bildirib ki, Ermənistanın atdığı addımlar heç bir məntiqə sığmır: “Döyüşlərdə itki ola bilər. Vəziyyətdən asılı olmayaraq beynəlxalq qurumların müraciəti əsasında dərhal şəhidlərimizin nəşi qaytarılmalıdır. Azərbaycan tərəfi itkilərin daha çox olmaması üçün operativ əməliyyat keçirərək meyitlərin götürülməsi variantına əl atmayıb. Bunun üçün beynəlxalq qurumlara müraciət olunub. Orada olan vəziyyət bir daha beynəlxalq qurumlara göstərir ki, bu, ermənilər tərəfindən olunan təxribatdır. Düşmənin diversiya hücumlarının hər biri dəf edilib və onlara layiqli cavab verilib. Silahlı qarşılaşmada hər iki tərəfdən itki ola bilər”.
Ş.Ramaldanov qeyd edib ki, beynəlxalq qurumlara müraciət olunsa da, düşmən yenə də insanlığa sığmayan addımlar atır: “Onlar beynəlxalq qurumlar qarşısında şərtlər qoyurlar. Ermənistan tərəfi qəbul etdiyi normalara əməl etməlidir. Bu, insanlığa yad hərəkətlərdir. Düşmən tərəfi bu məsələdə də öz üzünü göstərir. Sözüz ki, şəhidlərimizin nəşi həmin ərazidən götürüləcək”.
Qeyd edək ki, Ermənistan döyüş meydanından meyitlərin çıxarılması barədə beynəlxalq vasitəçilərin iştirakı ilə əldə olunmuş razılığın şərtlərini pozub. Müdafiə Nazirliyinin açıqladığı məlumatda qeyd olunub ki, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlunun nəşlərinin döyüş meydanından çıxarılması məqsədilə ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin vasitəçiliyi ilə fevralın 26-da saat 12.00-da müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılırdı.
Lakin meyitlərin çıxarılması proseduru başlayanda Ermənistan beynəlxalq vasitəçilərin iştirakı ilə əvvəlcədən əldə edilmiş şərtləri pozaraq əməliyyatın keçirilməsinə mane olmaq məqsədilə bilərəkdən qəbuledilməz yeni tələblər irəli sürüb.

OXŞAR XƏBƏRLƏR
FIFA-nın "Neftçi"ni hansı futbolçuya görə cəzalandırdığı MƏLUM OLDU
FIFA-nın "Neftçi"ni hansı futbolçuya görə cəzalandırdığı MƏLUM OLDU
Bakıda daşınmaz əmlak bazarında YENİ TENDENSİYA
Bakıda daşınmaz əmlak bazarında YENİ TENDENSİYA
Sabah 22 dərəcə isti olacaq - 08.05.2026
Sabah 22 dərəcə isti olacaq - 08.05.2026
Birinci sinfə 100 minə yaxın şagird qəbul edilib
Birinci sinfə 100 minə yaxın şagird qəbul edilib
Sarayda avtomobil PARTLAYIB: Xəsarət alan var
Sarayda avtomobil PARTLAYIB: Xəsarət alan var
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar təşkil edilən "Ən yaxşı təqdimat" müsabiqəsi başa çatıb
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar təşkil edilən "Ən yaxşı təqdimat" müsabiqəsi başa çatıb
Dövlət köçürülən cərimələrə nəzarəti artırdı
Dövlət köçürülən cərimələrə nəzarəti artırdı
Volodimir Zelenski İlham Əliyevə zəng edib
Volodimir Zelenski İlham Əliyevə zəng edib