Azərbaycan İdeyası

4 ayın əsgəri ön cəbhəyə göndərilə bilərmi? - “Məsuliyyətə cəlb olunacaqlar”

Tarix:30-01-2017, 15:57
Baxış Sayı:299

  4 ayın əsgəri ön cəbhəyə göndərilə bilərmi? - “Məsuliyyətə cəlb olunacaqlar”

Dünəndən etibarən Azərbaycan ordusunun əsgəri Xanəli Fəttayevin Tovuz rayonunun Əlibəyli kəndində şəhid olmasıyla bağlı məlumatlar yayılıb. Bildirilir ki, oktyabr ayında hərbi xidmətə çağırılan X. Fəttayev yanvar ayının 29-da 06:00 radələrində düşmən gülləsinə tuş gələrək dünyasını dəyişib. Müdafiə Nazirliyi bu gün məlumat yayaraq xəbəri təkzib edib. Rəsmi açıqlamaya görə, Xanəli Fəttayev düşmən gülləsindən deyil, öz açdığı atəşdən ölüb.
4 ayın əsgərinin ön cəbhəyə göndərilməsi isə hər bir halda müəyyən suallar yaradıb.
4 ay əvvəl hərbi xidmətə çağırılmış əsgərin ön cəbhəyə göndərilməsi doğrudurmu? Ümumiyyətlə ön cəbhəyə hansı hərbi qulluqçular və hansı müddətdən sonra göndərilə bilər?
BakiPost.az bu suallarla Müdafiə Nazirliyinin ehtiyatda olan zabiti, hərbi ekspert Üzeyir Cəfərova müraciət edib. Ekspertin sözlərinə görə, əsgərlər hərbi xidmətə yollandıqdan 6 ay sonra, döyüş hazırlığına tam yiyələndiyi zaman ön cəbhəyə göndərilə bilər: "Göstəriş var ki, gənc əsgərlər 2 ay Gəncə şəhərində təcrübə keçirlər. Hərbi hissəyə gətirilib orada müəyyən adaptasiya dövrü keçirlər. Onlar haradasa 6 aydan sonra rahat şəkildə postlara döyüş növbəsi çəkməyə çıxarılırlar. Bununla bağlı bildiyim qədər ciddi tələblər var. Tələblər yerinə yetirilməyəndə, ən sərt addımlar atılır. Bununla bağlı Müdafiə Nazirliyində müvafiq komissiya yaradılıb. O komissiya hazırda 4 ayın əsgəri olan Xanəli Fəttayevin ön posta qoyulmasını araşdırır. Amma istisnalar da var. Bəzən olur ki, çox savadlı hazırlıqlı, vətənpərvər bir əsgər olur və ön cəbhəyə getmək üçün komandanlığa müraciət edir. Əgər əsgərin hazırlıq səviyyəsi ən yüksək səviyyədədirsə, ola bilsin komandanlıq onun arzusunu və ya istəyini nəzərə alsın. Ona görə istisnalar mümkündür. Amma konkret olaraq şəhid əsgərimizlə bağlı məsələnin necə olması araşdırmadan sonra məlum olacaq”.
Ü.Cəfərovun sözlərinə görə, əsgərin ön cəbhəyə göndərilməsi məəsləsi tam araşdırılıb bitdikdən sonra nazirlik müəyyən ğlçülər götürəcək: "Əgər ciddi əsas olmadan belə bir qərar qəbul olunubsa, Müdafiə Nazirliyinin rəhbərliyi komandanlıqla bağlı müəyyən ölçülər götürəcək. Kimsə məsuliyyətə cəlb olunacaq, kimsə vəzifə səlahiyyətlərini aşdığına görə ən ciddi şəkildə qanun qarşısında cavabdehlik daşıyacaq. Hər şey araşdırmadan sonra müəyyən olunacaq”.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda narkotik asılılığı olan şəxslərin sayı açıqlandı
Azərbaycanda narkotik asılılığı olan şəxslərin sayı açıqlandı
Sabirabad rayon prokuroru bələdiyyə sədrinin cəddindən qorxur?
Sabirabad rayon prokuroru bələdiyyə sədrinin cəddindən qorxur?
İmişli rayonunda makroiqtisadi göstəricilər yaxşılaşır
İmişli rayonunda makroiqtisadi göstəricilər yaxşılaşır
Keçmiş polis işçisi lisenziyasız aptek işlədir
Keçmiş polis işçisi lisenziyasız aptek işlədir
70 yaşın işığında...
70 yaşın işığında...
Mehriban Əliyevanın təşəbbüsü ilə ərsəyə gələn “Məzun Evi” sosial layihəsini kimlər korrupsiya dalanına dirəyib
Mehriban Əliyevanın təşəbbüsü ilə ərsəyə gələn “Məzun Evi” sosial layihəsini kimlər korrupsiya dalanına dirəyib
Onun ürəyi xalqıyla döyünür.
Onun ürəyi xalqıyla döyünür.
Xəzər rayon rəhbərliyi I Vitse-Prezidentin göstərişinə məhəl qoymur
Xəzər rayon rəhbərliyi I Vitse-Prezidentin göstərişinə məhəl qoymur