Azərbaycan İdeyası

“Ürəyindən güllələnib” - Cəbhədə vəfat edən əsgərin əmisi

Tarix:30-01-2017, 16:20
Baxış Sayı:314

 “Ürəyindən güllələnib” - Cəbhədə vəfat edən əsgərin əmisi


Silahlı Qüvvələrin mərhum əsgəri Xanəli Fəttayevin ölümü ilə bağlı müəmmalar hələ də müzakirə olunur. Müdafiə Nazirliyi açıqlama yayaraq bildirib ki, Fəttayev şəhid olmayıb, intihar edib.
"Qafqazinfo”nun əməkdaşları da əsgərin yaşadığı Binə qəsəbəsindəki evində olub və qohumları ilə görüşüblər. Mərhumun əmisi İslam Qəribov bildirib ki, əsgərin hansı şəraitdə vəfat etməsi hazırda ailəyə də məlum deyil. Onlar açıqlama vermək üçün ekspertiza rəyini gözləyirlər:
"Dünən saat 12-də hərbi hissədən zəng ediblər. Biz də Gəncədən tabutu gətirib bu gün dəfn etmişik. Sadəcə ekspertiza aparılır və biz hələ ki, cavabı gözləyirik. Hər şayiəyə inanmaq lazım deyil. Əsgərimiz hərbi hissədə yox, səngərdə həyatını itirib. Orada da adam çox olmayıb, iki-üç əsgər olub. Həmin əsgərlər də prokurorluq tərəfindən dindirilir. Ürək nahiyəsindən bir güllə yarası alıb və ballistik müayinələrin cavabı gözlənilir. Güllənin arxadan, ya qabaqdan vurulduğunu ekspert təyin edəcək. Hər şey ekspertiza rəyindən asılıdır. Rəylə razılaşsaq heç, razılaşmasaq, yuxarı instansiyalara müraciət edəcəyik.
Biz balamızı vətən uğrunda böyütmüşük. Hansı şəraitdə olur, olsun. O, torpağa qurban gedib. Arxasınca şayiələr yayıb şəhidlərin ruhunu incitmək olmaz. Mətbuatdan xahiş edirik ki, yanlış informasiyalar yayılmasın. Deyirlər ki, guya, əsgərimiz intihar edib. Başqa bir şayiə yayılıb ki, erməni snayperi vurub və yaxud döyüş şəraitində olub. Biz bunların heç birini konkret olaraq bilmirik. Nə vaxt bizə Hərbi Prokurorluğun rəyi təqdim olunacaq, həmin rəydən sonra biz öz fikrimizi bildirəcəyik”.
Mərhumun əmisi onu da bildirib ki, 19 yaşlı Xanəli savadlı gənc olub. Oktyabrda hərbi xidmətə çağırılıb, Tovuzda vəzifəsini icra edib. Ötən il universitetə qəbul olsa da, ailəsinin illik təhsil haqqını ödəməyə imkanı olmadığı üçün oxuya bilməyib. Hər hansı bir xəstəliyi də olmayıb.

OXŞAR XƏBƏRLƏR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
İlham Əliyev Malavi Prezidentini təbrik edib
İlham Əliyev Malavi Prezidentini təbrik edib