Azərbaycan İdeyası

Ermənilərin cəbhədəki itkiləri: 2000 əsgər...

Tarix:9-03-2017, 12:07
Baxış Sayı:961


 Ermənilərin cəbhədəki itkiləri: 2000 əsgər...

Ermənistanda ANYA tədqiqatlar mərkəzinin direktoru Tatul Akopyan erməni ordusunun itkilərini açıqlayıb.
Korrupsiya və Qanun saytı xəbər verir ki, T.Akopyan 1994-cü ildən indiyə kimi Ermənistan ordusunun 2 min itki verdiyini bildirib: “Lakin bu haqda dəqiq məlumatı Ermənistanın Müdafiə Nazirliyi verə bilər”.
T.Akopyan əlavə edib ki, 2016-cı ildə Aprel müharibəsindən sonra Ermənistanın Müdafiə Nazirliyi demək olar ki, hər gün hərbi qulluqçunun ölməsi haqda məlumat yayır: “1994-cü ildən başlayaraq, ordudakı itkilərlə bağlı dəqiq məlumatları yalnız Müdafiə Nazirliyi yaya bilər. Lakin son illərdə bir sıra media orqanı, ictimai təşkilatlar monitorinqlər aparır, itkilər haqda danışırlar. İtkilərin əhəmiyyətli hissəsi 1995-1998-ci ildə olub. Daha sonra isə ən böyük itki 2016-cı ildə oldu. Ermənistan ordusu 162 itki verdi”.
T.Akopyan 2017-ci ilin yanvar-fevral ayları ərzində Ermənistan ordusunun 9 itki verdiyini deyib. Lakin o, bunların rəsmi açıqlanan rəqəmlər olduğuna da diqqət çəkib.
“1994-cü ildən başlayaraq, ümumilikdə Ermənistan ordusunun 2000 hərbi qulluqçusu ölüb. Bu, təxmin edilən məlumatlardır. Dəqiq məlumat isə Müdafiə Nazirliyində var”, - deyə o bildirib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı