Azərbaycan İdeyası

Aprel Şəhidimizin anası ölkə başçısına müraciət etdi...- FOTO

Tarix:3-04-2017, 11:27
Baxış Sayı:609

 Aprel Şəhidimizin anası ölkə başçısına müraciət etdi...- FOTO

“Bu şad xəbər Cabbarxanın il dönümündə bizi çox sevindirərdi...”
Moderator.az -ın əməkdaşı aprel Şəhidlərimizlə bağlı silsilə yazılarına davam edərkən dünən daha bir aprel Şəhidimiz əsgər Cabbarxan İlham oğlu Hacıağayevin ailəsi ilə görüşüb. Şəhid ailəsi Yasamal rayonunda yaşadıqları kirayə evə əməkdaşımızı dəvət edərək ailənin ilk oğlan övladı olan Cabbarxanın həyat yolundan söz açıbılar.
Həmin yazını bu linkə tıklamaqla oxuya bilərsiniz:
 Aprel Şəhidimizin anası ölkə başçısına müraciət etdi...- FOTO
 Aprel Şəhidimizin anası ölkə başçısına müraciət etdi...- FOTO
Söhbət zamanı əməkdaşımız Şəhid ailəsinin problemləri ilə də maraqlanıb. Məlum olub ki, Şəhid ailəsi kirayələrdə yaşayır. Elə Şəhidimiz Cabbarxan da kirayə yaşadıqları evdə dünyaya gəlib. Şəhid əsgərin ailəsi hər ay komunal xidmətlər xaric 300 manat kirayə pulu ödəyir. Şəhid əsgərimizin anası Rəyyanə xanım əməkdaşımıza müraciət edərək ölkə başçısının onları aprel Şəhidlərimizin il dönümündə evlə təmin etməsini xahiş edib:
 Aprel Şəhidimizin anası ölkə başçısına müraciət etdi...- FOTO
 Aprel Şəhidimizin anası ölkə başçısına müraciət etdi...- FOTO
 Aprel Şəhidimizin anası ölkə başçısına müraciət etdi...- FOTO
“İllərdir ki, kirayələrdə yaşayırıq. Elə Şəhid oğlum Cabbarxan da kirayə yaşadığımız evdə dünyaya gəlib. Üç qız və iki oğul anasıyam. Bu uşaqları min bir əzabla kirayələrdə böyütmüşəm. Cabbarxanın tabutunu gətirəndə başqa bir kirayə evdə yaşayırdıq. Elə oldu ki, bina plana düşdüyünə görə evdən çıxmalı olduq. Ev sahibinə dedim ki, heç olmaya oğlumla bağlı bir xatirə qalsın burda. Təəsüf ki, ev sahibinin də əlindən bir şey gəlmədi. Öz evimiz olsaydı onunla bağlı xatirələri göz bəbəyi kimi qoruyardım. Bu kirayə evdə düzəltiyimiz xatirə lövhəsi də müvəqqətidir. Ev sahibi bizi evdən çıxaranda əşyaları yenə başqa bir evə aparmalı olacam.
Cabbarxan Şəhid olandan sonra Yasamal rayon icra hakimiyyətinə və Müdafiə Nazirliyinə evsizliyimizlə bağlı müraciət etdik. Amma çox təəsüf ki, müsbət bir cavab ala bilmədik. Sizin vasitənizlə ölkə başçımız İlham Əliyevə müraciət edərək bizi evlə təmin etməsi üçün kömək istəyirəm. Bu şad xəbər Cabbarxanın il dönümündə bizi çox sevindirərdi. Aprelin 4-də Cabbarxanın il mərasimi bu kirayə yaşadığımız evdə keçiriləcək. Mən bir Şəhid anası kimi çox istəyərdim ki, il mərasimi kirayə yaşadığımız evdə yox, ölkə başçımız tərəfindən Şəhid ailəsinə verilən evdə keçirilsin

OXŞAR XƏBƏRLƏR
Milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
Milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Vilayət Eyvazov xaricdə təhsil alacaq polis kursantlarını qəbul edib
Vilayət Eyvazov xaricdə təhsil alacaq polis kursantlarını qəbul edib
Prezident icra başçısını vəzifəsindən azad etdi
Prezident icra başçısını vəzifəsindən azad etdi
Baş nazir: "Gələn ilin dövlət büdcəsində sosialyönlü xərclərin payı 44% olacaq"
Baş nazir: "Gələn ilin dövlət büdcəsində sosialyönlü xərclərin payı 44% olacaq"
Əli Əsədov: "Ölkə qarşısında yeni strateji çağırış və hədəflər formalaşır"
Əli Əsədov: "Ölkə qarşısında yeni strateji çağırış və hədəflər formalaşır"
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq